Fransada hüquq professoru müsəlmanlara qarşı çıxışlarına görə universitetdən qovulub

0

Fransanın Lyon 3 Universitetinin müəllimi müsəlmanlara qarşı, irqçi və cinsiyyətçi ifadələr işlətdiyinə görə bir il müddətinə işdən uzaqlaşdırılıb.

Bu barədə “Avropada İslamofobiyaya Qarşı Birliyi”n (CCIE) X hesabında məlumat yayılıb. Açıqlamaya görə, Lyon 3 Universitetinin hüquq professoru “Afrikalı bir müsəlman heç vaxt bəyaz katolik kimi Fransaya inteqrasiya edə bilməyəcək.” – deyib.

Fakültənin professor-müəllim heyətinin və tələbələrin kəskin reaksiyasına səbəb olan bu vəziyyət universitetin nizam-intizam şurasına göndərilib.

İntizam şurası hüquq professorunun müsəlmanlara qarşı, irqçi və cinsiyyətçi ifadələrinə görə bir il müddətinə vəzifəsindən uzaqlaşdırılmasına qərar verib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HAVANIN MİNİMAL TEMPERATURU  5 DƏRƏCƏYƏDƏK İSTİ OLUB

Ölkə ərazisində hava şəraiti yağmursuz keçib. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, fevralın 1-i saat 10:00-a olan...

Bağla