DİN HƏRƏKƏT İŞTİRAKÇILARINA MÜRACİƏT EDİB

0

“Davam edən şaxtalı hava şəraiti ilə əlaqədar olaraq gecə saatlarında yollarda gizli buzluluq dərəcəsinin artması müşahidə olunur”.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətini yaydığı məlumatda deyilir.

Qeyd olunub ki, polis əməkdaşları hərəkət iştirakçılarının təhlükəsiz şəkildə mənzil başına çatması üçün hazırda gücləndirilmiş rejimdə xidmətlərini paytaxt və bölgələrdə davam etdirirlər.

“Magistrallarla yanaşı məhəlləarası yollarda da yaranan problemlərin aradan qaldırılması istiqamətində çevik və operativ tədbirlər görülür, təhlükəsizlik tam təmin edilir. Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, şaxtalı havada, xüsusilə də buzlaşma şəraitində enişli-yoxuşlu yollarda, körpülərdə sürüşmə ehtimalının artacağı nəzərə alınmalı və zəruri təhlükəsizlik qaydalarına əməl edilməlidirlər”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ermənistanın Qarabağda törətdiyi vəhşilikləri beynəlxalq aləmdə sübut edəcəyik

Qarabağda Ermənistanın insanlıqdan kənar törətdiyi vəhşiliklərin beynəlxalq ictimaiyyətə yayılması və sübutu üçün azərbaycanlı həmkarımla birlikdə əməkdaşlığımızı möhkəmləndirəcəyik. Bu fikirləri “Report”un...

Bağla