Hikmət Hacıyev Türkiyə Prezidentinin baş müşaviri ilə strateji müttəfiqliyi müzakirə edib

0

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ankarada Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç ilə görüşüb.

Bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyindən bildirilib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında mövcud strateji müttəfiqlik münasibətləri müzakirə olunub. Həmçinin ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, H.Hacıyev Türkiyədə səfərdədir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
XOCALI SOYQIRIMINDAN 33 İL ÖTÜR

Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin növbəti ildönümüdür....

Bağla