PKK SİLAHI YERƏ QOYMAYACAĞI TƏQDİRDƏ TÜRKİYƏ PLANLA ÇIXIŞ EDƏCƏK

0

Kürdüstan Fəhlə Partiyasının (PKK) lideri Abdulla Öcalanın çağırışına tabe olmayaraq silahı yerə qoymaqdan imtina ediləcəyi təqdirdə Türkiyə hökuməti hərbi əməliyyatlar planı ilə çıxış edəcək.

Bu barədə “Hürriyet” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

“Kandil (Şimali İraqdakı PKK düşərgələri) silahlarını yerə qoymasa, Öcalan bununla barışmayacaq. Axı onlar (silahlılar) öz rəhbərliklərinə məhəl qoymayacaqlar. Öcalanın sonrakı açıqlaması çox güman ki, belə olacaq: “Kandil ABŞ-İsrail layihəsidir. Bu PKK mənim PKK-am deyil, İsrail, İran, ABŞ PKK-sıdır”. PKK tərksilah edilərsə nələrin baş verəcəyinə hazırlıq gedir. Əks-təqdirdə hərbi əməliyyatlar planları hazırlana bilər”, – nəşr yazıb.

Qəzet qeyd edib ki, iki-üç ay ərzində monitorinq aparılacaq: “Kandilin silahı yerə qoyması halında yaradılacaq mexanizmlər müəyyənləşdiriləcək. Silahlar hansı ölkəyə çatdırılacaq? Bunun üçün mexanizmlər yaradılacaq. Silahlar Türkiyə və İraq Administrasiyasının nəzarəti və müşahidəsi altında bu iki ölkədəki müvafiq qurumlara, həmçinin Dəməşq və Ankaranın nəzarəti altında Suriyada təyin olunmuş yerlərə veriləcək”.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏDƏN NAXÇIVANA QAZ İXRAC EDİLƏCƏK

İğdır-Naxçıvan təbii qaz kəmərinin istifadəyə veriləcəyi tarix məlum olub. “A Haber” xəbər verir ki, bu barədə Türkiyə Respublikasının energetika və...

Bağla