AXİRƏTİN İLK MƏNZİLİ QƏBİR!!!

0

İlahi iradənin bənzərsiz əsəri olan insan övladı yaranış və qulluq həqiqətlərinin idrakı və onları həyata keçirən, yolunda addımlayan bir yolçuya bənzəyir.

Maddi və mənəvi bütövlüyünü ilahi iradənin qanunları ahənginə uyğunlaşdıraraq izlənilən yolun səadət yolu olacağı şübhəsizdir. Lakin yalnız dünya həyatını əsasa alaraq cəhalət və rəzalət girdabında sürülən həyatda əbədi uğursuzluğa zəmin yaradan bir yanlışlıqdır.

İnsanlar bu yanlışlıqdan qorunmaq üçün sonsuz rəhmət sahibi olan  uca Rəbbimiz, elçiləri vasitəsilə onları maarifləndirərək əbədi qurtuluş sərmayəsi olacaq itaət, ibadət, əməli-saleh işlər, sədəqə, infaq və. s. bu kimi əməlləri çoxaltmağa təşviq etməsi son nəticədə, ilahi hüzurda İnsana verilən dəyərin nə qədər uca olduğunu göstərir. Bu əməllərin əbədi axirət həyatının  ilk məkanı olan qəbir evində, insana bəxş edəcəyi rahatlıq isə ölçüyə gəlməz dərəcədə diqqətə layiqdir. Əbu Hüreyrə Rəsulullahın bu həqiqətini bu cür açıqladığı rəvayət olunur:

      Bu zaman ona otur deyə əmr olunur və o, da oturur. Sonra ondan soruşurlar:

       -Sizə göndərilən bu kişi haqqında sözün nədir?

      -Şəhadət verirəm ki, o, Allahın elçisidir. Biz Rəbbimizin yanından dəlillər gətirdi. Biz də onu təsdiqlədik və onun ardıcılı olduq.

       -Düz dedin. Bu halınla həyata gəldin, bu halınla öldün, inşallah bu halınla da dirildiləcəksən!

Sonra qəbir gözü görəcək uzunluqda genişləndirilir. Bu da Allah-Təalanın: “Allah iman gətirənləri dünyada da, axirətdə də möhkəm bir sözlə (kəlmeyi-şəhadətlə) sabitqədəm edər. Allah zalımları (haqq yoldan) sapdırar. Allah istədiyini edər!” demişdir (İbrahim /27).

      Sonra onun üçün cənnə doğru bir qapı açılması əmir olunur, qapı açılır və ona deyilir:

      – Bu Allaha üsyan edəyin təqdirdənin üçün hazırlanmış yer idi. Bu vəziyyətdə onun sevincinin hədd-hüdudu olmur. Sonra onun üçün cənnətə doğru bir qapı açılması əmir olunur, qapı açılır və ona deyilir:

       – Bura sənin yerindi. Gör Allah  sənin üçün nə hazırlamışdır. Sonra onun ruhu ağaca bağlanmış  quşun nəfəsinə çevrilir.

      Kafirləlincə ona nə baş tərəfdən, nə də ayaq tərəfindən yaxınlaşdıqda heç bir maneə olmur. Qorxu və vahimə içində oturur və ondan soruşurlar:

      -Sizə göndərilən kişi haqqın da sözün nədir,  nə kimi şahadət verə bilərsən? Bu zaman onun adını  tapıb deyə bilmir. Ona, Allahın  elçisi Muhamməd (s.ə.s)  deyə xatırlatdıqdan sonra belə cavab verir:

       -İnsanların onun barəsində müəyyən sözlər söylədiyini eşitdim, mən də onlar dediyini təkrarladım.

       –Düz dedin. Bu halınla həyata gəldin, bu halınla da öldün bu halınla da inşallah diriləcəksən!

      Sonra qəbri qabırğaları sınana qədər darısqallaşdırılır. Bu da Allah Təalanın:

 “Hər kəs Mənim öyüd-nəsihətimdən (Qurandan) üz döndərsə, güzəranı daralar (yaxud qəbir evində şiddətli əzaba düçar olar) və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik! (Taha, 124) –demişdir. Sonra onun üçün cənnə doğru bir qapı açılması əmir olunar, qapı açılar və ona deyilər:

 – Bu Allah itaət edəyin təqdirdə  sənin üçün hazırlanmış yer idi. Həsrət və fəlakətin  hədd-hüdudu olmur. Sonra onun üçün  cəhənnəmə doğru bir qapı açılması əmir olunur, qapı açılır və ona deyilir: Bura sənin yerindi, gör Allah  sənin üçün nə hazırlamışdır. Bu vəziyyətə düçar olanın həsrət və fəlakətini düşünmək belə insan övladına inanılmaz bir ağırlıq gətirir  (Muhamməd bin Hibban).

İlahi rəhmətin aləmləri bürüyən şəffaf damlaları, şeh dənələri kimi onlara həssas olan qəlbləri daima bürümüş və bürüməkdə də davam etməkdədi.  Rəbbimizin İslam ümmətinə bəxş etdiyi könül ərlərinin, insanlığın əbədi xilası naminə söylədikləri  kəlamların mayası bu rəhmətin damlalarında yuyulduğundan, bəsləndiklərindən qəliblərə təsir baxımından qiyamətədək öz diriliyini saxlayacaq bütövlükdədir. Söylədiklərmizin  canlı timsalı olan böyük İslam alimi İmam Cəfəri Sadiqin bu açıqlaması həqiqətən də insanı dərindən düşünməyə dəvət edir.

“Ey adəm oğlu, öz qədir və qiymətini Allahın bildirdiyi şəkildə bil ki, Allah sənin qiymətinin cənnətdən aşağı bir şey olmasına razı deyildir. Diqqət etmək lazımdır ki, satın alan Allah, satın alınan qul, qiyamətdə cənnətdədir. Cənnət tələbində nəfsini fəda edənə cənnət vardır. Bu cihada cihadı-əsgər deyilir. Qəlbini və ruhunu Allaha tələb edərək fəda edən  isə cənnətin sahibinə qovuşur. Buna nail olmaq üçün çalışmağa cihadi-əkbər (yəni böyük cihad) deyilir. Əxlaqı pisdən yaxşıya doğru tərəqqi etdirmək və qəlbi təmizləmək zahiri düşmənlərlə savaşmaqdan daha çətindir”.

Şeytan Allah-Təalaya bu ayələ bağlı bunları söyləyir:

      -Şəriətdə əgər müştəri ayıblı bir mal alarsa, onları qaytarması lazımdır. Sən onların  nəfslərini və mallarını satın aldın, onların nəfsləri də, malları da ayıblı şeylərdi. Onları o halı ilə mənə təhkim et. Allah şeytana belə cavab verir:

      -Sən mənim şəriətimi bilməzsən, ədalətimi anlamazsan, fərzimi də təqdir edə bilməzsən.

      Şeytan bu şəkildə çarəsiz vəziyyətdə uzaqlaşdırılır.

Bu mənaların insana verəcəyi dərs necə də möhtəşəmdir. Qulunun bütün ayıblarına qüsurlarına rəzalətinə insafsızlığına və sadalanması çox vaxt aparacaq qədər çatışmamazlıqlarına rəğmən seçən, onu təmizləyən, onu əziz edən, qəbir evini cənnət bağçası edən, əbədi yaşayış məkanını cənnət edən ən əsası qulunu mübarək camalının nuruna bürüyən Rəbbimizə şükürlər və həmd-sənalar olsun…

Mübariz ƏLİOĞLU

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ÖLÜMDƏN SONRA NƏ BAŞ VERİR?

Dünya səyahəti ölümlə birlikdə bitər və bəşər övladı onu əbədi axirət yurdlarına aparan yeni bir səfərə çıxar. Məhz bu səfərdə...

Bağla