Almaniyanın Luneburq şəhərindəki məktəblərdən birində Milad bayramı üçün nəzərdə tutlan mahnı ləğv edilib.
Buna, şagirdlərdən birinin müsəlman olması səbəb olub. Həmin məktəb yerli mətbuatın tənqid hədəfi olsa da məktəb rəhbərliyi sadəcə olaraq dini həssasiyyətə riayət etdiklərini açıqlayıb.
Məktəbin direktor müavini Fridrih Sur müsəlman şagirdin mahnıdan şikayətçi olduğunu bəyan edib. Şagird, dini həssasiyyəti səbəbilə milad mahnısı oxumaq istəmədiyini, bunun mənsubu olduğu dinə də zidd olduğunu ifadə edib.
Məktəb rəhbərliyi, müəllimlərin etniklərin inanclarını nəzərə almasını labüd edən regional nizamnaməyə uyğun olaraq məktəbdəki musiqi dərslərində dini mövzulu mahnıların oxunmasının doğru olmadığını deyib.
Yerli jurnalistlərdən biri təhsil nizamnaməsində milad mahnılarını oxumağa mane olacaq bir maddənin olmadığını qeyd edib. Müsəlman şagirdə görə milad mahnısının ləğv edilməsi yerli kilsəni də narahat edib. Bölgə kilsənin köməkçi baş rahibi xristian ölkədə milad mahnısının ləğv edilməsinin doğru olmadığını bildirib.
Xəbər: Şirəli Məmmədov