Televizor izləyərkən ən sevmədiyimiz şeylərdən biri verilişarası reklamların yayımlanmasıdır. Nə qədər sevməsək də ən çox izlənmə rekordları qıraraq böyük bir kütləni özünə çəkməyi bacarır. Və tək bir hədəfi vardır; insanları alış-veriş dəlisinə çevirmək.
Nə qədər reklamlardan qorunduğumuzu iddia etsək də bu mümkün olmayan bir işdir. Həyatımızdan televizoru çıxarsaq da internet reklamları, tablodakı reklamlar, nəqliyyat vasitələrinin üzərindəki reklamlar bizim həyatımıza daxil edilməyə çalışılır. Bu reklamları gözardı etməyə çalışsaq da ilk baxışda beynimiz onu fotoaparat kimi çəkir və şüuraltına yerləşdirir.
Kapitalist sistem reklamlarla gücünə güc qatdığı üçün hər il 500 milyard dolları yalnız reklamlar üçün sərf edir. “Daha çox reklam, daha çox istehlak” deyərək 18 yaşına gələnə qədər bir insana birbaşa və ya dolayısı ilə 150.000 reklam izlədilir.
Reklamlar, xoşbəxtliyin yalnız öz məhsullarını almaqla əldə oluna biləcəyini təlqin edərək insanların hədəflərini materialistləşdirmişlər. Çünki insan artıq həyatını təmin etmək üçün işi unudub, özünü xoşbəxt edəcək məhsul üçün işləyir. Bu hədəf isə həyatında sağalmaz yaralar yaradır.
Həmçinin, reklamlar insani dəyərlərimizdən olan qənaət duyğumuzu yox edir. “İnsan nəyə görəqənaət etməlidir?!, daha çox xərcləsin, daha çox xoşbəxt olsun!!!” afişalarıyla doymayan insan, bədbəxtliyə doğru gedərkən, müstəmləkəçi şirkətlər isə hədəflərini böyüdürlər. İslam dini isə tarazlıq dinidir. Nə dünyadan əl çəkmək var, nə də bədxərclik və israf.
“Yeyin, için, lakin israf etməyin” (Əraf-31)
əmri insana fitri olan duyğularını xatırlatmaqdadır. Fitrətlə həyatı üst-üstə düşməyən insan da əsl xoşbəxtliyi tutmuş deməkdir.
Reklamların degenerasiyaya uğratdığı ən böyük kütlə isə uşaqlarımızdır. Xarakteri formalaşmamış günahsız ürəkləri reklamlarla dolu bir istehlak maşınına çevirməyə çalışmış, təəssüf ki, hədəfə də çatmışlar. Ayədə
“mal və oğullar dünya həyatının zinətləridir, “(Kəhf-46)
buyurulur. Allah-Təala bizi övladlarla mükafatlandırarkən nəyə görə biz, əmanətləri ülvi duyğularla bəzəməyə acizik?
Övladlarımız qənaətdən məhrum, mərhəmətdən məhrum yetişsələr iki dünyasını da məhv etmiş olmarıqmı?
Reklamlar 7/24, yəni yeddi gün 24 saat xidmətdə ikən, yaxşılıqların bizə 10 qatdan 700 qata qədər bonus qazandırdığını, hesab kartımıza ballar doldurduğunu nə qədər xatırlaya bilirik? Ya da axirət bonuslarımızı xatırladacaq nələr edirik?
Peyğəmbər (s.ə.s.) digər cəmiyyətlərə bənzəməmək üçün geyiminə, keçiminə diqqət yetirərkən, Xəndək döyüşündə və digər zamanlarda İslam cəmiyyəti xaricindəki insanların texnologiyalarından faydalanmağa qarşı olmamışdır. Bu səbəbdən biz də zərəri faydaya çevirərək evimizdə reklamlardan faydalanıb həm özümüzün, həm də uşaqlarımızın şüuraltına xitab edəcək afişalar hazırlaya bilərik.
Təmizlik reklamları həmişə paltarımızın və bədənimizin təmizliyindən bəhs edir, bəs yaxşı, verdiyimiz sədəqənin bizi təmizlədiyini bildirən ayəni neçəmiz bilirik, ya da xatırlayırıq.
“(Rəsulum!) 0nların mallarından sədəqə al ki, onunla özlərini təmizləyərsən,..”
(Tövbə, 103) buyurulur.
Rənglərin insan üzərində təsiri olduğunu bilən reklam şirkətləri bundan çox gözəl istifadə edirlər. Məsələn, qırmızı rəng iştah açır. Buna görə dünyadakı məşhur qida firmalarının hamısının loqosunun qırmızı olduğunu görürük. Yenə, yaşıl etibar rəngidir və bankların loqolarında bu rəngə rast gəlirik. Bu rənglərin təsiriylə al-al deyə coşduran nəfsimizi yenə bu rənglərin köməyi ilə ver-ver dedirdir.
Qənaətin böyük bir xəzinə olduğunu nəfsimizə öyrədib iki dünyada da xoşbəxtliyi tutaraq, hesab dəftərimizdəki savablarımızın sayının artması duası ilə….
Xədicə Şahin