XOŞBƏXT BİR AİLƏ ÜÇÜN NƏ ETMƏLİYİK?

0

Yaz ayları gələndən küçələrdə bəzədilmiş gəlin avtomobillərini tez-tez görürük. Bir həyəcan, bir təlaş… Alınan cehizlər, yeni qurulan ev, qonaqlıqlar… Yeni qurulan ailədə bu xoş həyəcala yanaşı hörmət, qarşılıqlı məhəbbət və sevgi də mütləq olmalıdır. Qəlblərdə “mən” deyil, “biz” duyğusu yaşamalıdır. “Mən”ləri bir kənara qoyub, “biz” kəlməsi ilə birləşə bilmək sağlam bir ailənin ən vacib ünsürüdür. Ailənin əsası olan qadın və kişi bir-birləri ilə rahat və sağlam bir bağ qurmalıdırlar. Yeri gəldiyi zaman səhvlərlə qarşılaşdıqlarında, küsmədən, incitmədən o səhvləri birlikdə düzəltməlidirlər. Kişi də qiymətlidir, qadın da. Bu iki qiymətli varlığın bir dam altında xoşbəxt ola bilməsi üçün iki tərəf də məsuliyyətlərini yerinə yetirməlidir.

Peyğəmbərimizin (s.ə.s.) “nə zülm edin, nə də zülmə uğrayın” sözü, Vida Xütbəsindəki qeydləri hər sahədə olduğu kimi, ailədaxili davranışlara da aiddir.

Peyğəmbərimizin və haqq dostlarının həyatı hər sahədə olduğu kimi, xoşbəxt bir ailə yuvası üçün də nümunəvidir. Peyğəmbərimiz (s.ə.s.), xanımı Hz. Xədicə anamız ilə bəzən zarafatlaşar, lazım olduğunda öz paltarını tikir, işini başqasına etdirməməyə çalışırdı. Xoşbəxt bir ailəyə sahib olmaq üçün qadın və kişinin nəzakətli, düşüncəli, səmimi, xoşxasiyyətli, gülərüzlü və şən olması vacibdir. Ailə fərdləri inkişafa, təhsil və tədrisə məzara qədər diqqət yetirməlidirlər. Bundan başqa hər iki tərəfdə bir-birindən öyrənəcəyi çox şey olduğunu bilməlidir.

Səhabədən Muaz İbni Cəbəlin (r.a.) bibisinin qızı Əsma (r.anhə) seçilən xanım sahabələrdəndir. Ağıllı, incədüşüncəli, yerində və zamanında söz söyləməyi bilən, cəsarət və şücaət sahibi imanlı bir xanım idi. Ona “xanımların sözcüsü” mənasını verən “Xatibətün-nisa – Xanımların Xatibi” ləqəbi verilmişdi. Mədinəli xanımlar Əsmaya (r.anhə) öz vəziyyətlərini, maddi və mənəvi dərdlərini söylərkən, Rəsulullahın (s.ə.s.) hüzuruna elçi olaraq göndərirdilər. Peyğəmbərimiz Əsmanı (r.anhə) görüncə, Əsma kimsənin ağlına gəlməyən suallar soruşur, buyurdu. Əsma (r.anhə) Peyğəmbərimizin (s.ə.s.) hüzuruna çıxaraq yaxınlaşdı və ədəblə;

– Ya Rəsulullah xanımların qəbahəti nədir? Anam, atam sənə fəda olsun, Ya Rəsulullah, mən Sizin yanınıza qadınların elçisi olaraq gəldim. Şərqdə və qərbdə olan bütün qadınlar mənim buraya çıxdığımı eşitsin və bilsin ki, hamısı da mənimlə eyni fikri paylaşır. Allah Təala, Səni kişi və qadınlara Peyğəmbər olaraq göndərdi. Biz Sənə və Sənin Rəbbinə iman etdik. Qadın olduğumuz üçün evlərimizin sərhədləriində yaşayırıq. Yoldaşlarımıza hüzur və sükunət qaynağı olur, uşaqlarımızı böyüdüb tərbiyə edirik. Lakin Cənabı Haqqa yaxınlaşa bilmək üçün kişilərdən fərqli olaraq bizim bəzi məhrumiyyətlərimiz var. Kişilər cümə namazı qılır, məscidə gedir və camaat namazına da riayət edirlər. Xəstələri bizdən daha çox ziyarət edirlər. Cənazədə iştirak edir, həccə bizdən çox gedirlər. Bunların ənəhəmiyyətlisi də, yoldaşlarımız düşmənlə döyüşmək üçün evlərindən çıxırlar, Allah yolunda cihada gedirlər. Bizlər isə yoldaşlarımızın malını qoruyur, iplik əyirib patlar tikirik. Uşaqlarımızı yetişdiririk. Buna görə bizlər yoldaşlarımızın qazandığı xeyir və savablara ortaq ola bilirikmi? Hz. Əsmanın (r.anhə) bu bəsirət və fərasət dolu sözləri Rasulullahın (s.ə.s.) çox xoşuna gəldi. Səhabələrinə üzünü çevirib “Siz heç din barəsində sual soruşan bir qadından bundan daha gözəl söz eşitdinizmi?” – deyə soruşdu. Onlar da “Ey Allahın elçisi bir qadının belə gözəl ifadələrə sahib ola biləcəyini ehtimal etməzdik”, -dedilər. Rəsulallah (s.ə.s.) Əsmaya (r.anhə) xitab edərək;

– “Ey Əsma, yaxşı dinlə və səni buraya göndərən xanımlara da yaxşıca anlat ki, bir qadın əri ilə gözəl dolanıb onun məmnuniyyətini qazanması savab baxımından o saydığın üstünlüklərin hamısına bərabərdir”, -buyurdu. Əsma (r.anhə) cavabdan çox məmnun oldu. Dönüb gedərkən sevincindən təhlil və təkbir gətirirdi. Bunlar bizə göstərir ki, iki tərəfdə bir-birlərini haqqa, xeyrə təşviq etməli, vəzifələrini Allah rizası üçün etməlidir. Gənc qızlarımız cəmiyyətdə bir İslam xanımının şəxsiyyət və xarakterini əks etdirib ətrafa gözəl misal olmalıdırlar. Ailədə kişi mərhəmətli, şəfqətli, qadın isə yoldaşına qarşı itaətkar və hörmətli olmalıdır.

Doğulub böyüdüyü ailə ocağından ayrılıb, yeni yuva quran gənclərlə ediləcək tövsiyəyə, Ümamə binti Haris, qızı Ünası evləndirərkən ona etdiyi nəsihətə baxaq;

“-Əziz balam, yaxşı dinlə. Əgər bir kimsənin ədəbinə, tərbiyəsinə, mövqeyinə və xüsusiyyətinə baxılaraq nəsihət və məsləhət verməkdən çəkinilsəydi, mən də sənə indi bu tövsiyələri verməzdim. Lakin tövsiyə, bilənə xatırlatma, bilməyənə izah edərək öyrətmə deməkdir. Bundan ötəri də nəsihət hər kəs üçün lazımlı və faydalıdır. Qızım, əgər bir qız ana atasının sərvət və zənginliyindən ötrü ərə möhtac olmasaydı, sən də heç kimə möhtac olmazdın. Lakin kişilər bizim üçün yaradıldığı kimi, biz də onlar üçün yaradılmışıq. Qızım, sən ananın, atanın evindən çıxıb, bilmədiyin, əvvəldən tanımadığın bir adamın evinə gedirsən. Elə isə o kimsənin razılığını alaraq, xidmətçisi kimi ona itaət et ki, o da sənə qul, kölə olsun. Səni sevsin və razı olmağın üçün əlindən gələn hər şeyi etsin. Sənə indi on şey söyləyəcəyəm bunları əzbərlə. Lazımınca diqqət et ki, ərinlə gözəl dolanmağa müvəffəq olasan.

1.Sənə yemək, geyim nəgətirsə, canı könüldən qəbul etməlisən.

2.Əmr elədiyi şeyləri etməli, etmədediyi şeyləri etməməlisən, sözünü dinləyib ona itaət etməlisən.

3.Üstünü, başını, evini təmiz saxlamağa diqqət yetirməlisən.

  1. Xoşlamadıqlarından çəkinməlisən.
  2. Ərinin yatdığı, yemək yediyi vaxtları yaxşı bilməlisən, çünki aclıq insanı əsəbi, yuxusuzluq da hirsli edər.
  3. Ərinin malını mühafizə edib, israf və tələfdən qorumalısan.
  4. Ərinin etibarını qorumalı, onun qohumlarına hörmət etməlisən.
  5. Heç bir şeydə ona üsyan və qarşı çıxmamalısan.
  6. Ailə sirlərini kimsəyə danışmamalısan. Əgər sözündən çıxarsansa özünə qarşı kin bəslədərsən, əgər sirrini söyləyərsənsə cəfasını da çəkəcəksən.
  7. Qızım, ərinin kədərli olduğu vaxtlarda deyib-gülmə, onun şən olduğu vaxtlarda da kədərli olma.

Yeni qurulan yuvalar, nə qədər Allah Təalanın qoyduğu qaydalara uyğun olarsa, o qədər xoşbəxtlik və dinclik hökm sürər. Rəbbimiz möhkəm və sağlam bir nəsil üçün övladlarımıza xeyirli yuvalar qurmağı nəsib etsin. Qurulan bu evlərin içi Peyğəmbər (s.ə.s.), əhli-beyt, səhabə sevgisi və haqq dostlarına məhəbbət ilə dolsun. Onların nümunəvi həyatları yuvalarımızın heç sönməyən işığı olsun.

Əlif Güldar

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MƏŞHUR FOTOQRAF İSLAM ŞƏHƏRLƏRİNİN ARXİVİNİ HAZIRLAYIR

Türkiyəli tanınmış fotoqraf Orxan Durgut "İslam şəhərləri" adlı layihə ilə müsəlman ölkələrindəki bəzi şəhərlərə aid foto-arxiv hazırlayır. Durgut bu layihəsi...

Bağla