Radikal meyllərin qarşısını almaq və terror qruplaşmalarının fəaliyyətlərinə mane olmaq üçün İndoneziyada İslam universiteti qurulacaq. Məlumata görə, uzun müddətdir qurulması planlaşdırılan universitetin tikintisinə bu ilin ortalarında Qərbi Yavanın Depok şəhərində başlanılacaq. İndoneziyanın baş naziri Coko Vidodo, dünyanın dörd bir tərəfindən gələn insanların bu universitetdə düzgün İslamı öyrənə biləcəyini deyib.
“Ali məktəbin məqsədi əvvəla beynəlxalq ictimaiyyətin bu yöndəki tələblərini qarşılamaq və İndoneziyanın dünyadakı, xüsusilə də İslam ölkələrinin arasındakı mövqeyini gücləndirməkdir.”
Qeyd edək ki, hökumətin bu məqsədlə Depokda 143 hektar ərazi və 300 milyon ABŞ dolları vəsait təsis etdiyi bildirilir. Cənubi Cakartadakı “Şərif Hidayətullah” İslam universitetinin rektoru Komaruddin Hidayət, universitetin tikintisinin 1 ilə başa çatacağına ümidvar olduğunu deyib.
Xəbər: Şirəli MƏMMƏDOV