SƏNİN İSMAYILIN HANSIDIR?

0

Allah Təala Nisə surəsinin 125-ci ayəsində “Allah İbrahimi özünə dost seçmişdi” buyurur. Dost dostun səmimiyyətini öyrənmək üçün imtahandan keçirər. Allah Təala da özünə dost əldə etdiyi Peyğəmbərini sahib olduğu üç şeylə imtahandan keçirdi.

İmtahanlarından biri illərdir həsrətini çəkdiyi, yaşlılıq çağında qovuşduğu, dünyadaykən dayağı, vəfatından sonra əməllərini davam etdirəcək sədəqeyi-cariyəsi olan bircə övladı İsmayılı idi.

İbrahim (ə.s.) Rəbbinə yönəlib, ondan özünə övlad verməsi üçün dua etdi: “Rəbbim! Mənə salehlərdən olacaq bir övlad ver” (Saffat, 100).

Allah Təala dostu İbrahimin duasını qəbul etdi və ayədə olduğu kimi:

“O zaman biz onu mülayim xasiyyətli bir oğul ilə müjdələdik” ( Saffat, 101), buyuraraq oğlan övlad ilə sevindirdi.

“İsmayıl (ə.s.) atasıyla birlikdə gəzəcək yaşa çatınca: “Övladım! Yuxuda səni qurban etdiyimi görürəm; bir düşün, nə deyərsən” dedi. İsmayıl (ə.s.) da cavab olaraq: “Atacan! Əmr olunduğun şeyi et. İnşallah məni səbr edənlərdən görərsən. Nə vaxt ki ikisi də bu şəkildə Allaha təslim oldular, İbrahim oğlunu gicgahı üzərinə yatırtdı” (Saffat, 102-103). İmtahandan keçən iki peyğəmbərin itaəti, səbir və təslimiyyətidir. Qazanılan imtahanın arxasından gələn müjdə:

“Biz ona: “Ey İbrahim!” deyə səsləndik. Yuxunu gerçəkləşdirdin. Biz yaxşıları belə mükafatlandırarıq. Bu həqiqətən çox açıq bir imtahandır. Biz, oğlunun əvəzində ona böyük bir qurban verdik. Ardınca gələnlər arasında ona (yaxşı bir ad) qoyduq: İbrahimə salam! dedik. Biz yaxşıları belə mükafatlandırırıq (Saffat, 104-110).

İbrahim (ə.s.) oğlunu zahirən qurban etməmişdi, amma sevgisini Rəbbi üçün qurban etmişdi. Daha imtahanı bitməmişdi. Nəmrud tərəfindən atəşə atıldığı zaman sahib olduğu ən qiymətli şey olan canını, düzənlikləri örtən bütün sürülərini bağışlamaqla da malını Rəbbi üçün fəda etdi. İbrahim (ə.s.) üç imtahandan da üz ağı ilə çıxdı.

İbrahim İsmayılını qurban edərək haqqa dost oldu. Ey qul! Səndə Rəbbə İbrahim (dost) olmaq istəməzsənmi?

Uca Rəbbə dost olmaq üçün sənin İsmayılın hansıdır?

Səhər isti yatağındaykən ən şirin yerində fəda etdiyin yuxumu?

Rəbbinin kəlamını öyrənmək üçün fəda etdiyin gəncliyinmi?

Dünyanın bütün cazibələrini əlinin tərsiylə itələməyinmi?

Allah üçün gözünü haramdan qoruyaraq qurban etdiyin şəhvətinmi?

Bütləşdirdiyin diplomunmu?

Mövqeyinmi?

Gözəlliyinmi?

Karyeranmı?

Zövqlərinmi?

Yoxsa nəfsinmi, mənliyinmi?

İbrahim hər imtahanda da sözündə durdu və ayədə “Sözünün əri İbrahim” (Nəcm, 37), deyə qiyamətə qədər tərifləndi.

Səndə bütün zövqləri dadmaq istəyən nəfsini qurban et ki, Rəbbin qatında “sözünün əri qulum” deyə tərifə layiq ol.

Nəfsini qurban et ki, ruhun günəş kimi dirilsin.

Xədicə Şahin

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
XIX-XX ƏSRLƏRDƏ ŞƏKİDƏ XEYRİYYƏÇİLİK MƏDƏNİYYƏTİ

Azərbaycan xalqının xeyriyyəçilik ənənəsi tarixən bilinən bir həqiqətdir. İslam dininin bu torpaqlara yayılmasının bu ənənənin formalaşmasında böyük təsiri olmuşdur.

Bağla