Yemək yeyəndə ölçünü qaçıran insan bəzi sıxıntılarla üzləşəcəkdir. “Çoxu zərər, azı qərar” – deyə hikmətli bir atalar sözü vardır. Həqiqətən də hər şeyin çoxu ziyandır.
Darani həzrətləri buyurur: “Hər əşyanın bir pası vardır. Könlün pası da çox yeməkdir. Hər kim çox yesə, ona 6 bəla mübtəla olar.”
Yemək yeyəndə ölçünü qaçıran kimsənin başına gələcək altı bəla bunlardır:
- Qıldığı namazın dadını ala bilməz.
- Yaddaşı zəifləyir.
- Şəfqəti az olur. Özü tox olduğu üçün hamını tox hesab edir.
- İbadət etməyə tənbəllik edir.
- Şəhvəti artır.
- Müsəlmanlar məscidə gedəndə, o ayaqyoluna qaçır.
Mənbə: islamveihsan.com