Malaziyada fəaliyyət göstərən “Bhd” adlı islami bank müştərilərinə “Sədəqə hesabı” xidməti verməyə başlayıb. Bankın rəhbəri Khairul Kamarudin sədəqə hesabının ölkədə səhiyyə, təhsil və ictimai sahələrdə dövlətin çata bilmədiyi hallarda təcili ehtiyacı olanlara yardım etmək üçün qurulduğunu deyib. Kamarudin xidmətin, istəyənlərin hesabından pul kəsmək şəklində işləyəcəyini bildirib.
“Bundan başqa internet bankçılığı, vəkillik əməliyyatı, mobil bankçılıq və bank İslam kredit kartı kimi əməliyyatlarla da layihəyə dəstək vermək mümkündür. Əməliyyatlara görə, faiz və komissiya tutulmayacaq. Xüsusi hesabda saxlanılan pul, müəyyən edilən ehtiyac sahibinə çatdırılacaq.”
Məlumata görə, Malaziya ilə yanaşı dünyanın hər yerindən sədəqə hesabına pul köçürmək mümkün olacaq. Həmçinin, Sədəqə hesabına istənilən məbləğdə pul köçürmək və bu pulun necə sərf edildiyini izləmək olacaq.
Xəbər: Şirəli MƏMMƏDOV