BU GÜN MƏHƏMMƏD ƏMİN RƏSULZADƏNİN DOĞUM GÜNÜDÜR

0

Bu gün Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 134-cü ildönümüdür.

Gənc yaşlarında sosial demokratlarla birgə «Hümmət» təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən bir müddət orada “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.

O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib.

1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə M.Ə.Rəsulzadə həbsdən azad edilərək Moskvaya aparıb. Stalinin təkidlərinə baxmayaraq, sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib.

Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada dünyasını dəyişib.

Xəbər: Şirəli MƏMMƏDOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İŞİD MOSUL UNİVERSİTETİNDƏ 80 MİLYON KİTAB VƏ SƏNƏDİ YANDIRDI

İŞİD terrorçuları İraqın böyük təhsil mərkəzlərindən biri olan "Mosul" universitetində 80 milyondan çox kitabı və elektronik sənədi yandıraraq məhv edib....

Bağla