ALMANİYADA İSLAM ƏLEHDARI SİYASƏTÇİ MÜSƏLMAN OLDU 

0

Almaniyada İslama qarşı siyasəti ilə seçkilərdə səs toplayan irqçi AfD partiyasının sabiq sədri Artur Vaqner İslam dinini qəbul edib. Vaqner inanclı bir xristian ikən dinini niyə dəyişdirməsi barədə yerli “Bild” qəzetinə müsahibə verib.  

“Kilsənin AfD-yə qarşı mövqeyi, eyni cinslilərin evlənməsinə dəstək verməsi və keşişin uşaqlarla birlikdə “Sevgi keçidi” festivalında yürüşdə iştirak etməsi bu cür qərar qəbul etməyimə səbəb oldu. Belə şeyləri qəbul etmək mümkün deyil. Mən müsəlmanları açıq və dürüst insanlar kimi tanıyıram. 2015-ci ildə Rusiyada müsəlman olmağa qərar verdim və 2017-ci ilin oktyabrında məcsiddə İslamı qəbul etdim. Adımı da Əhməd olaraq dəyişdirdim.”  

Vaqner müsəlman olduqdan sonra hədələyici məktublar aldığını, hətta Almaniyadan uzaqlaşdırılmağa çalışıldığını bildirib. İslami təhsil alacağını deyən Vaqner, Almaniya ilə müsəlmanlar arasında körpülər quracağını vurğulayıb.

Bütün bunlara baxmayaraq Vaqner AfD üzvlüyündən istefa vermir. Partiyadaşları isə onun bu addımın kəskin reaksiya ilə qarşılayıb. AfD-nin rəhbər heyətindən Kay Berqer ona qarşı hiddətli olsalar da onu partiyadan ixrac edə bilməyəcəklərini qeyd edib. “Onun müsəlman olduğunu mətbuatdan öyrəndim. Bir çox AfD üzvü onun istefa verib partiyadan ayrılmasını istəyir. Amma onu partiyadan çıxarmağımız mümkün deyil.”

Xəbər: Şirəli MƏMMƏDOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KAPİTALİST OYUN(CAQ)LAR

Günəşin ayla yerdəyişməsinin meydana gətirdiyi bir axşam işdən çıxıb evin yolunu tutmuşdum.

Bağla