GÜCLÜ YADDAŞIN SİRRİ NƏDİR?

0

Beyin hüceyrələri 25 yaşında ən yüksək səviyyəyə çatır. Bu yaşa qədər həm beynimizi, həm yaddaşımızı gücləndirmək lazımdır. Bu işə yaddaşa xeyirli təsir edən qidaları seçərək başlayaq.
Nevrologiya sahəsi üzrə məşhur türk professoru Dr. Şərəfnur Öztürkün fikrincə, xüsusilə uşaq və gənclik dövründə qazanılan bacarıqlar, dəniz sahilində gəzinti, uyğun qidalanma, idman, nizamlı yuxu və ictimai fəaliyyətlər yaddaşın güclü olmasını təmin edir. Hal-hazırda ağıllı cihazların təsiriylə bir çox fəaliyyətin birlikdə edilməsi isə vizual yaddaşda problemlərə yol açır. Güclü yaddaşın müvəffəqiyyətli və sağlam bir həyatı da özü ilə gətirdiyini ifadə edən professorun gənclərə təklifləri belədir:

“Yaddaşı gücləndirmək uşaqlıqdan başlayan bir proses beynin meydana gəlməsi və öyrənmə ilə birlikdə davam edir. Beyin hüceyrələri 25 yaşında ən aktiv zamanını yaşayır Bu dövrdən etibarən hüceyrələr getdikcə azalmağa başlayır və 45 yaşından sonra bu proses daha sürətlənir. Burada ən əhəmiyyətli nöqtə, qazanılan intellektual ehtiyatdır. Yəni, beyni aktiv olaraq istifadə etməklə yaradılan hər cür məlumat, bacarıq, xatirə kimi faktorlardır. Sağlam bir yaddaş üçün beyindəki əlaqələrin güclü olması lazımdır. Beyni davamlı istifadə da bunun ən yaxşı yoludur. Yeni bir şeylər öyrənməyə çalışmaq, yeni bir dil, kitab oxumaq, gəzmək, kəşf etmək, ictimai əlaqələr qurmaq, bu prosesə fayda təmin edir. Uşaqlıq, yeniyetməlik və gənclik dövründə qazanılan bacarıqların də yaddaş və beyin inkişafında rolu böyükdür.

Həftədə 3 gün yürüş
Hər yaş qrupu üçün həftədə 3 gün ən az yarım saat gəzmək lazımdır. Amma daha çox məşq etmək, faydanı artırır. Xəzər dənizi, tərəvəz və meyvə ilə qidalanmaq imkanlarımız da, şükür ki, var və bu cür qidalanmaq hafizə üçün çox əhəmiyyətlidir. Yaşıl yarpaqlı tərəvəzlər, yağlı balıq və zeytun yağı, hər cür meyvə, qoz-fındıq və xüsusilə qoz yemək yaddaşın daha yaxşı olmasını təmin edir. Gənclərin balanslı nisbətdə zülal alması, gündə ən az 1.5-2 litr su qəbul etməsi lazımdır. Gurultusuz, qaranlıq, təmiz bir mühit və fizioloji olaraq uyğun bir yataq, sağlam yuxunun şərtləri də gözlənilməlidir. Kresloda yatmaq yuxuda kəsilmələrə səbəb olur. Sağlam yuxu beyin inkişafını və yaddaşı çox təsir edir. Bütün bunlar hər zaman gölənilməlidir, bu fəaliyyətlərə ara vermək, eyni məzmunla təkrarlanan hala gətirmək isə beyində hüceyrə itkisinə səbəb olur. Yerinə yenilərini qoymaq da çətinləşir. “
Öyrəndiklərinizi uzun davamlı saxlamaq üçün …
• Məlumatı əldə etməyi və mənimsəmək həqiqətən istəyin.
• Mövzuları, səbəbləri və nəticələri anlamağa çalışın.
• Öyrəndiklərinizə nöqtə qoymayın, əhatəli məlumat əldə etməyə səy göstərin. Testə istiqamətli, yalnız cavaba kifayət edən məlumat dəstəklənilmədiyi üçün dərhal unudulur.
• Öyrənmə mühiti öyrənilənləri xatırladacaq xüsusiyyətlər daşıya bilər. Məsələn, xüsusi qoxular, arxa planda çox səsli olmayan bir musiqi, iş mühitindəki rəngli və dəyişik dekorasiyalar və s.
• Bol tərəvəz-meyvə tərkibli nizamlı və sağlam bir bəslənməyi seçim edin.
• Yuxunuz nizamlı və keyfiyyətli olsun.
• İdman edin. Həftədə ən az 3 gün yarım saat fiziki fəaliyyət edilməsi, qısa və uzun vəd edə öyrənmə və yaddaşı gücləndirir.
• Təkrar edin. Öyrənilmiş məlumatın daha qalıcı ola bilməsi, bir neçə gün sonra ilk təkrar və bir neçə həftə sonra da ikinci bir təkrarla mümkün ola bilər. Hər təkrar, beyində daha qalıcı yaddaş molekulları meydana gətirir.
Güclü yaddaşın sirləri
• Yatın. Mövzunu öyrəndikdən dərhal sonra gözəl bir yuxu da məlumatı beyində daha qalıcı hala gətirir. Yəni gecə yatmaq yerinə qalxıb çalışmaq doğru bir üsul deyil. Yuxu əskikliyi öyrənməyi mənfi təsir edir.
• Adama görə dəyişməklə birlikdə, yüksək səslə oxuma-yazma və qrup çalışması da yaddaşa kömək ola bilər.
• Ən qalıcı məlumat isə təkrarla qüvvətləndirilən bir fakt olduğu üçün təkrar hər zaman edilməlidir.
• Yeni bir musiqi aləti çalmaq, yeni bir dil öyrənmək, kitab oxumaq, hobbilər əldə etmək yaddaşı gücləndirir.
• Sosial ətrafı geniş və yaxşı əlaqələr içində olanların yaddaşı daha güclü hala gəlir. Yoldaş canlısı olun.
Zəka oyunları nə qədər faydalı?
Zəka oyunları yaddaşı canlandırmaq üçün başlanğıcda təsirlidir. Amma davamlı edildiyində funksiyasını itirir. Oxşar məzmun, beyində avtomatik bir təsir yaradır. Xüsusilə ağıllı telefon, kompüter, TV və virtual oyunlar yaddaşı mənfi təsir edə bilir. Eyni anda oyun, mesaj, danışma və film izləmə kimi birdən çox funksiyası yerinə yetirmək diqqət pozuqluğu, vizual yaddaş və xəyal gücü problemlərinə yol aça bilir. 
   

 Mənbə: anaveusaq.az

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HZ.PEYĞƏMBƏR VƏ İDARƏÇİLİK ŞÜURU

Günümüzdə dəb halını almış və insanlar tərəfindən rəğbət bəslənən mövqelərdən biri də rəhbər (idarəçi) olmaq həvəsidir.

Bağla