Azərbaycanın Qəbələ şəhəri 2020-ci il üçün İslam Turizm paytaxtı seçilib. Bu barədə təşkilatın “Twitter” səhifəsində məlumat verilib. Bu barədə qərar İƏT turizm nazirlərinin Banqladeşin Dəkkə şəhərində keçirilən 10-cu konfransında verilib. Qərara əsasən, Azərbaycan gələn il İslam Əməkdaşlıq Təşkilatı Turizm Nazirləri Konfransının növbəti sessiyasına ev sahibliyi də edəcək.
Xəbər: Şirəli MƏMMƏDOV