BMT ÖTƏN AY MÜHARİBƏLƏRDƏ ÖLƏN UŞAQ SAYINI AÇIQLADI

0

Ötən ay Suriyada 59 uşaq qətlə yetirilib. Bu barədə məlumatı, BMT Uşaq Fondunun (UNİCEF) Yaxın Şərq və Şimali Afrika üzrə regional direktoru Qert Kappeoel bəyan edib. Bəyanatda, Yaxın Şərq və Şimali Afrikada davam edən insident və zorakılıq hadisələri zamanı çox sayda uşaq ölümü baş verdiyi bildirilir.  

Uşaqların atışmalarda, kamikadze hücumlarda, soyuqda və müharibədən qaçarkən öldüklərini bildirən Kappeoel, ötən ay təkcə Suriyada 59 uşağın öldüyünü qeyd edib.

“Ötən ay Yəməndə 16 uşaq atışmalar zamanı, Liviyada 3 uşaq kamikadze hücumunda, 3 uşaq isə partlamamış bombanın yanında oynayarkən faciəvi şəkildə ölüb. Təkcə yanvar ayında İraq, Liviya, Fələstin, Suriya və Yəməndə davam edən insidentlərdə ən azı 83 uşaq öldürülüb. Livandakı soyuq hava, Suryadan qaçaraq bu ölkəyə sığınan 4 uşağın donaraq ölməsinə səbəb olub, çox sayda uşaq isə donmaq üzrə ikən xəstəxanalara çatdırılıb.”

Kappeoel, ötən ay İraqın Mosul şəhərində partlayıcı quraşdırılmış evdə 1 uşağın və Fələstinin Ramallah şəhərindəki bir kənddə 1 uşağın güllələnərək öldürüldüyünü vurğulayıb.

Xəbər: Şirəli MƏMMƏDOV

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İNSANLIQ BORCUMUZ

Mənəviyyat Xaliq tərəfindən insana bəxş edilən əzəli xüsusiyyətlərdəndir. O, bizi insan təbiətinə xas olan bəzi cəhətləri qəbul, bəzilərini isə rədd...

Bağla