MƏŞHUR MÜTƏFƏKKİR QARODİ NECƏ MÜSƏLMAN OLDU?

0

Rocer Qarodi illər əvvəlm İstanbula gəlmişdi. “Yıldız” sarayında konfransı var idi. Həmin konfransda mən də iştirak edirdim.

Qarodiyə, “Sizi əvvəl xristian, daha sonra kommunist kimi görürük. İndi müsəlmansınız. Hindistan təeəfə də səyahət edəcəksinizmi?” – deyə kinayəli sual verdilər.

O isə “İndi danışıram” – dedi:

“Mən xristian idim. ABŞ-da böyük şirkətlərin qiymətləri stabil saxlamaq üçün minlərlə ton südü tulladıqlarını, minlərlə ton buğdanı yandırdıqlarını görəndə bu vicdansızlıq məni kommunizmə doğru apardı. Gördüm ki, kommunizm qurudur, heç bir mənəvi tərəfi yoxdur. Xristianlıqla kommunizm arasında körpü qurmağa çalışdım, amma olmadı.

O dövrdə fransızlar mənim öldürülməyimi istəyirdilər. Əlcəzairli müsəlman bir əsgərin köməyi ilə bu təhlükədən xilas oldum. Daha sonra həmin əsgəri tapdım.

“Fransız zabit mənim vurulmağımı əmr etmişdi. Məni niyə xilas etdin?” – deyə soruşdum.

“Mən müsəlmanam. Allahın verdiyi cana bilmədən qıymağa razı olmaram. Bunun üxrəvi məsuliyyətindən qorxuram.” – dedi.

O zamana qədər İslam dinini qəbilə dini hesab edirdim. Bu hadisə mənim İslama yönəlməyimə vəsilə oldu. İqtisadçı olduğum üçün İslamın iqtisadi strukturunu tədqiq etdim. Faiz nədir, kommunizmdə necədir, İslamda necədir, hara qədər yasaqdır, hüdudları nələrdir? Bu kimi xüsusları araşdırdım.

Câbir belə deyir:

“Rəsûlullah fâiz yeyənə, yedirənə, bunu yazan kâtibe və şâhidlərinə lənət etdi və:

«–Onlar müsâvîdir…» buyurdu.” (Müslim, Müsâkât, 105-106)

Bilalın (Bilal Həbəşi ra) bir hədisi məni qurtuluş yoluna çıxardı. Bilal allah rəsuluna yaxşı xurma aparır. Peyğəmbərimiz, “Bunu haradan aldın?” – deyə soruşanda Bilal da, “Bizdə adi xurma var idi. Rəsulullah yesin deyə ondan iki qab verib, bundan bir qab aldım.” – deyir. Peyğəmbər isə Bilala, “Aman Allahım! Bu bir başa faizdir. Bir də belə eləmə! Əgər xurma istəyirsənsə əlindəkini sat,sonra onun pulu ilə yaxşı xurma al.” – deyir. (Müslim, Müsâkât, 96)

Gördüm ki, rəsulullah faizə açılan hər qapının hətta açar deşiyini də bağlayıb. Bu hal məni İslamı daha çox araşdırmağa sövq etdi.

İslamda iqtisad nədir sualının cavabını axtaranda böyük bir dahi ilə qarşılaşdım. O dahi İmam Əbu Hənifədir. Təəssüf ki, Əbu Hənifənin dəhasını müsəlmanlara mən danışıram. İslam dünyası Əbu Hənifəni kifayət qədər tanımır.”

Xülasə, Rəsulullahın (sallallahu aleyhi və səlləm) İslamın iqtisadi həyatında heç bir güzəşti olmadı. Möminlər olaraq biz də İslamı bütün əmrləri və yasaqları ilə yaşmağa məcburuq.

“Sələm yeyənlər (qəbirlərindən) şey-tan toxunub dəli eləmiş kimsənin qalxdığı kimi qalxarlar. Bu onların: ‘Alış-veriş də sələmçilik kimidir!’– demələrinə görədir. Halbuki, Allah alış-verişi halal, sələmçiliyi isə haram etmişdir. Hər kim özünə Rəbbindən xəbərdarlıq gəldikdən sonra (sələmçiliyə) son qoyarsa, olub-keçənlər ona bağışlanar və onun işi Allaha qalar. (Sələmçiliyə )qayıdanlar isə Od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar..” (əl-Bəqərə, 275)

 

Mənbə: Osman Nuri Topbaş / Müsəlmanın Pul ilə İmtahanı, Erkam yayınları

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HƏDƏFİN ÜÇÜN DƏ BİR HƏDƏF SEÇ!

Yəqin ki, ilk diqqətini çəkən “hədəf” sözü oldu və sonra da daha da maraqlı bir şey, hansı ki, hədəfi də...

Bağla