Neyrobioloq Muhamməd Ghilan müsəlmanların elmi kəşflərlə və icadlarla inkişaf etməsinin səbəblərini araşdıranda qeyri-adi məlumatlarla üzləşib. O, Quranı əzbərləməklə düşüncənin inkişafı və elmi kəşflər arasında bir əlaqə olduğunu aşkarlayıb. Uzun tədqiqatlar nəticəsində məlum olub ki, Qurani-Kərim öyrənmək, dinləmək və tələffüzünə diqqət etmək yaddaş konsoldasiya mərkəzi olan beynin gicgah payını (lobus temporalis) birbaşa stimullaşdırır. Gicgah payı beynin qulaqlara yaxın hissəsidir və nitq mərkəzidir. Eyni zamanda insanların simasını da beynin bu hissəsinin köməyi ilə xatırlayırıq.
Ghilanın araşdırmalarına görə, Quranı əzbərləmək gicgah payının öyrənmə və yaddaş tutumunu daha məhsuldar hala gətirir. Bu, orta əsrlərdə hələ dünya qaranlıq dövrünü yaşayarkən İslam aləminin elmi-texniki tərəqqisinin səbəblərini açıqlayır.
Daha əvvəl qeyri-müsəlman tarix mütəxəssisi, “Əgər müsəlmanlar Quranın yolundan ayrılmasaydı aya səyahəti 1400-cü ilərdə görə bilərdik.” – demişdi. Bu sözdən yola çıxan Muhamməd Ghilan Orta əsrlərin İslam dünyası üzərində uzun tədqiqatlar aparıb. Məlum olub ki, həqiqətən müsəlmanların inkişafdan qalması Quran yolunu tərk etmələri ilə eyni vaxta düşür.
İbn Rüşd, İbn Sina və s. müsəlman alimlərin həyatlarını araşdıran Ghilan, həmin dövrlərdə elm-texnika sahəsində təhsil almaq istəyən tələbələrə əvvəla Quran oxudulduğunu müşahidə edib. Müsəlman alimlərin Quran təlimi müddətində yaddaş tutumlarının artdığını və hər dəfə Qurandan daha böyük hissələr əzbərləyərək gicgah payının daim fəal qaldığını görən Ghilan, bu səbəblə də həmin alimlərin elm və texnika sahəsində asanlıqla inkişaf etdiyini bildirir.
Ghilan, Quran əzbərləndiyi zaman beyin yarımkürələrinin intensiv şəkildə aktiv olduğunu açıqlayıb. Sol yarımkürə oxuma, yazma və riyazi hesablama yönündə fəaliyyət göstərir, sağ yarımkürə isə nitqi və tələffüzü idarə edir. Quranın beyni bu cür stimullaşdırması və inkişaf etdirməsi o dövrün müsəlman alimlərinin digər elm sahələrini asanlıqla öyrənməsinə və tətbiq etməsinə də vəsilə olub.
“İslamic Post Online”nın məlumatına görə, Qurani-Kərimdə olan şəxs və yer təsvirləri zehində obraz yaratmağa yardım edən oksipital beyin hissələrini aktivləşdirir. Beynin bu hissəsi vizual qavrama üçün çox əhəmiyyətlidir.
Beynin bir çox hissəsini eyni anda fəallaşdıran Qurani-Kərimi tərk edən müsəlmanlar əsərlər boyu inkişafdan da uzaq qalmağa məhkum olublar.
Xəbər: Şirəli MƏMMƏDOV