ÖZBƏKİSTANDA İLK DƏFƏ QURANİ-KƏRİM NƏŞR EDİLƏCƏK

0

Uzun müddət davam edən fasilədən sonra Özbəkistanda Qurani-Kərim nəşr ediləcək. Özəl bir mətbəənin həyata keçirəcəyi nəşrin tirajı ilikin olaraq 50 min ədəd olacaq. Nəşrin qiraət barədə qaydaları özbək dilində olacaq. Müqəddəs kitabın nəşrinin 10 günə qədər bitməsi planlaşdırılır.  

Nəşriyyatın sahibi Muhamməd İsmayıl məqsədlərinin pul qazanmaq olmadığını xüsusi vurğulayıb.

“Şeyx Muhamməd Saleh Muhamməd Yusifin başlatdığı işi onun övladları və tələbələri davam etdirir. İlkin olaraq 50 min ədəd nəşr ediləcək. Ölkəmizdə Qurani-Kərimə ehtiyac var. Bizim də Quranı nəşr etməkdəki məqsədimiz xalqın bu ehtiyacını qarşılamaqdır. İnşallah bir həftə – on günə qədər satışa çıxacaq. Qiraət barədə qaydalar özbək dilində olacaq. Burada məqsədimiz qazanc deyil. Bu bir başlanğıcdır. Növbəti nəşrlərdə daha keyfiyyətli məhsullardan istifadə edəcəyik.”  

İndiyə qədər Özbəkistana Qurani-Kərim başqa ölkələrdən gətirildiyi üçün bu fəaliyyətə yerli xalqın böyük rəğbəti var.

Qeyd edək ki, sabiq prezident İslam Kərimovun dövründə Özbəkistanda İslam dininə qarşı məhdudlaşdırıcı rejim hakim idi. Ölkədə ictimai yerlərdə iftar, ibadət, azan və s. qadağan idi. İndiki prezident Şavkat Mirziyoyev isə xalqın dəyərləri ilə barışıq bir anlayışa sahibdir.  

Xəbər: Şirəli MƏMMƏDOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ÖMÜRÜ HƏDƏR ETMƏYƏK

Allah-Təala insanın ixtiyarında saysız-hesabsız dəyərli, son dərəcə qiymətli nemətlər qoymuşdur. Lakin insan bu nemətləri çox asanlıqla və heç bir qarşılığı...

Bağla