İNGILTƏRƏDƏ HAVALAR SOYUDU, MÜSƏLMANLAR EVSİZLƏR ÜÇÜN SƏFƏRBƏR OLDU

0

İngiltərədə dondurucu soyuqların başladığı bir vaxtda ölkədəki müsəlmanlar küçələrdə qalan evsizlər (bomj) üçün səfərbər olub. Oldhem şəhərindəki müsəlmanlar bu çərçivədə küçələrdə qalanların sığınacaq və yemək ehtiyacını qarşılamağa başlayıb. Oldhem şəhərinin Mançester Road səmtindəki “Avropa İslam Mərkəzi” ehtiyacı olan hər kəsi mərkəzə dəvət edir. Facebook vasitəsilə gerçəkləşdirilən dəvətdə qurumun şəhər sakinlərinə yardım etməyə hazır olduğu elan edilib.

“Allahın rəhməti və bərəkəti üzərinizə olsun. Biz müsəlmanlar bu əlverişsiz hava şərtlərində küçələrdə qalan möhtacların vəziyyətini başa düşürük. Təbii ki, Allahın izni ilə onlara yardım etməyə hazırıq. Oldhem sakinlərinə səslənirik: ətrafınızda gördüyünüz bütün evsizlərə xəbər verin. Mərkəzimiz soyuq havalar bitənə qədər onlara sığınacaq və yemək yardımı göstərəcək.”

Bolton şəhərindəki müsəlmanlar da eyni şəkildə yardım kampaniyaları başladıb. Bolton şəhərindəki məscidlər ortaq qərar qəbul edərək hər gün saat 08.00 ilə 09.00 arasında isti yemək paylayacaqlarını elan ediblər.

Böyük Britaniyanın bir çox yerində də soyuq hava səbəbindən yardım kampaniyaları başladılıb. İngiltərədəki “Cantebury” məscidi, İrlandiyadakı “Clonskeagh” məscidi, Mançesterdəki “UKİM” məscidi ilə bir çox islami təşkilat öz qapılarını evsizlərin üzünə açıb.

Evsizlərə qapılarını açan məscidlərin camaatı da yardım kampaniyalarında fəal iştirak edirlər. Bəzi möminlər qapı-qapı gəzib kasıblara yemək paylayır, bəziləri isə qar səbəbindən bağlanmış yolları açır.

Xəbər: Şirəli MƏMMƏDOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QUYUDAN GÖRÜNƏN GÖY

“Zəmanəyə qarşı dik dura bilmək” inandığı kimi yaşamaq istəyən insanların içinə düşdükləri ən böyük imtahanlardan biridir. “Zəmanəyə qarşı necə dik...

Bağla