ƏDƏB VƏ NƏZAKƏT

0

Ədəb insanı digər məxluqatdan fərqləndirən bir xü­su­siy­yətdir. İnsan ədəb, nəzakət, zərafət və təqvası ilə Haqq qa­tın­da dəyər qazanır. Elə buna görədir ki, Haqq dostlarının gö­zəl vəsfləri arasında ədəb və zakəfəzilətinin müstəsna bir yeri vardır. Belə ki, bir çox mənəviyyat rəhbərləri də tə­səvvüfü “gözəl əxlaq və əbdən ibarət” görmüşlər.

Əmir Külal həzrətlərinin mənəvi tərbiyəsi altında ka­mil bir ədəb və nəzakətlə yetişən Məhəmməd Bahauddin -qüd­disə sirruh- mənəvi bağlılığının ilk illərində nəfsinin qü­rur və təkəbbürünü qırıb Rəbbinə qarşı “heçlik” halını la­yiqiylə hiss edə bilmək üçün xəstə və dərdli insanlara, ya­ralı heyvanlara xidmət etmək və insanların gəzdiyi yol­la­rı təmizləməklə vəzifələndirilmişdi. O özü, halını belə an­la­dır:

“Mürşidimin əmr etdiyi yolda uzun müddət xidmət etdim. Mənliyim o hala gəldi ki, yoldan keçərkən Allahın hər hansı bir məxluqu qarşısında olduğum yerdə qalır, əvvəlcə onun gəlib keçməsini gözləyirdim. Ondan əvvəl addım atmazdım. Bu xidmətim yeddi il davam etdi. Bunun müqabilində elə bir hal təcəlli etdi ki, onların inilti şəklində həzin-həzin səslər çıxarıb Haqqa yalvarmalarını his etməyə başladım.

Məhz hikmətlə nurlanan könüllər üçün kainatdakı hər şey ilahi qüdrət və əzəməti elan edən təcəllilərdən iba­rət­dir. Bu hala qovuşa bilmək üçün də mənəvi tərbiyə ilə ru­hun riqqət və incəlik qazanması, ruhani mənzərələri görüb on­lar­dan ibrət alacaq hala gəlməsi və hikmətdə dərinləşməsi şərt­dir. Belə ki, ağılla qavranmayan bir çox sirlər hikmətlə açı­lır. Hikmətdə dərinləşmədən mənəvi sirlər ayan olmaz.

Ədəb Haqq yolçusunun ən qiymətli azuqəsidir. İnsan həm dindar, həm də kobud, yola getməz və nəzakətsiz ola bil­məz. Çünki İslamın ruh etibarı ilə əsası etiqadda tövhid, əməl­də isə ədəb, istiqamət və mərhəmətdir. Elə buna görə də deyə bilərik ki, bütün əsasları ilə İslam dini başdan sona qə­dər nəzakət, zəriflik və saflıq ölçülərindən, yəni “gözəl ədəbdən ibarətdir. Haqq dostu Mövlana həzrətləri bunu ne­cə gözəl ifadə edir:

“Gözünü aç və Allahın kəlamına başdan-başa bir bax! Ayə-ayə bütün Quran ədəb təlimindən ibarətdir!

Haqq dostları da nail olduqları dərəcələrə ancaq yüksək ədəb­ləri ilə sahib olmuşlar. İmam Rəbbani həzrətləri bu­yu­rur ki:

Ədəbə riayət etməyən heç kimsə Allaha vüslət yo­lun­da məsafə qət etməz, yəni Haqq dostu ola bilməz. Din bö­yük­lərinin yolu başdan sona qədər ədəbdir.

Ən mühüm ədəb isə bizi xəlq edən:

ALLAH-TƏALAYA QARŞI ƏDƏB

Unutmamaq lazımdır ki, şeytan ilahi hüzurdan elm və əməl nöqsanlığı səbəbiylə yox, ədəbsizliyinə görə qovuldu. Buna görə də şeytanı məhv edən ən gözəl fəzilət ədəbdir.

Həzrət Mövlana bunu belə izah edir:

“İblis, Həzrət Adəmə səcdə etməyib Allahın əmrinə qar­şı gəldikdə:

“-Mənim zatım oddan, onunku isə palçıqdandır. Yüksək ola­nın aşağı olana səcdə etməsi necə ola bilər?” -dedi.

Məhz İblis, Allaha qarşı ədəbsizlik etdiyi üçün lənətləndi və ilahi hüzurdan qovuldu. Hələ bir də axmaqlıq edib özünü ya­radan uca varlıqla mübahisə etmək fikrinə düşdü.” (Fihi Ma Fih, s. 159)

Əbu Əli əl-Dəqqaq -rəhmətullahi aleyh- buyurur ki:

“Ədəbi tərk etmək ilahi hüzurdan qovulmağı vacib et­di­rir. Hər kim sultanın hüzurunda ədəbsizlik edərsə qapıya, qa­pıda ədəbsizlik edərsə, axura göndərilər.”

Atalar: “Ədəbi ədəbsizdən öyrən.” -deyərək ədəbə ri­ayət etməyənlərin hal və aqibətlərindən ibrət almağı nəsihət et­mişlər. Biz də şeytanın düşdüyü vəziyyətdən lazımi dərsi çı­xarmalıyıq.

Haqq-Təalaya qarşı layiqiylə ədəb sahibi olan bən­də yersiz hərəkətlərdən çəkinər. Bu səbəblə ibadət və müamiləsindəki qüsur, xəta və qəflətini dərk edər. Əməl­lə­ri­nə güvənmə xəstəliyinə tutulmaz.

Unutmayaq ki, nə qədər gözəl əməlimiz olursa olsun, bütün bunlar okeana atılan bir damla suya bənzəyər. Allah-Təalanın lütfləri qarşısında bütün ibadət və xidmətlərimizi az görməliyik. Qulluq məsuliyyətimizi cəmiyyətdəki səviyyə ilə yox, səhabə və övliyaullahın halı ilə müqayisə etməliyik. Çün­ki Haqq-Təala ənsar və mühacirləri bizə nümunə gös­tə­rir.

Digər tərəfdən, qulluq ədəbini layiqiylə yaşayanlar bü­tün gözəlliklərin Haqdan, bütün qüsurların da öz nəf­sin­də qaynaqlandığı şüuruna çatarlar.

İbadətləri tərk edən və ya pis yola düşən bir şəxsin: “Nə edim, qədərim beləymiş!” deməsi nəfsani və şeytani bir qəf­lət ifadəsidir. Haqq-Təala məsələn, namaz qılmaq istəyən bir şəx­sə qılma səbəblərini ehsan edər, qılmaq istəməyənlərə də mane olacaq səbəblər verərək qıldırmama təcəllisini tə­za­hür etdirər. Elə buna görə də özümüzü etdiyimiz günahlar xü­susunda üzrlü hesab etmək, “qədərə böhtan” atmaq olur ki, bu da Haqqa qarşı böyük bir ədəbsizlik və axmaqlıqdır. Şey­tanın ayağını sürüşdürən də bu xüsusda göstərdiyi ədə­b­sizlik idi.

Ona görə şeytanı ən çox məhv edən şey, özünün xə­ta­ya düşdüyü nöqtədə möminin Haqqa qarşı göstərdiyi itaət, ri­za, təslimiyyət, yəni “qulluq ədəbi”dir.

Təsəvvüfün ən mühüm qayələrindən biri, insanı “eh­san duyğusu”na, yəni daim Haqqın hüzurunda olduğu id­ra­­kı­na yüksəldərək Allaha qarşı zahirdə və batində ədəb sa­hi­bi etməkdir. Mənəviyyat ərləri demişlər ki:

“Zahirən və batinən ədəbə sarıl. Çünki bir kimsə zahiri ədəbdə qüsur edərsə zahirən cəza görər. Batini ədəbdə qü­sur edərsə batində cəza görər. Kim ədəbi hədər edərsə, özü­nü Haqqa yaxın zənn  etsə də uzaqdır, məqbul zənn et­di­yi halda mərduddur (rədd edilmişdir).” (Ruhul-Bəyan, X, 401)

Dolayısı ilə Rəbbimizin bizim üçün təqdir etdiyi şeylər haq­da şeytan kimi bir axmaqlıqla cihada getmək əvəzinə, hə­min anda boyun əyib riza və təslimiyyət göstərmək və bi­zim üçün o təcəllinin ən xeyirlisi olduğunu düşünmək, ən mü­hüm batini ədəblərdəndir.

***

Bir gün hədis alimlərindən bir zat, gənc yaşadan Bəyazid Bis­tamini gördükdə çox xoşuna gəldi. Zəka və anlayışını ölç­mək üçün soruşdu:

“- Gözəl uşaq! Tam mənada namaz qılmağı bilir­sən­mi?”

Bəyazid Bistami də ona:

“- Bəli, Allahın izni ilə bilirəm!” -deyə cavab verdikdə, hə­min zat:

“- Necə qılırsan?” -deyə soruşdu.

Bəyazid Bistami belə cavab verdi:

“- Buyur, ya Rəbbi, əmrini yerinə yetirmək üçün hü­zu­runda durdum, hissi ilə təkbir gətirirəm; Allahu Əkbər de­yirəm; Qurani-Kərimi dənə-dənə oxuyuram; təzim ilə rü­ku­ya gedirəm; təvazö ilə səcdə edirəm; vidalaşaraq salam ve­rirəm.”

Həmin zat heyranlıqla:

“- Ey ağıllı uşaq! Səndə belə dərin anlayış varkən, in­san­ların gəlib başını oxşamalarına niyə izin verirsən?” -de­yə soruşdu. Belə ki, bu təqdir və iltifatların nəfsani qürura sövq edə biləcəyini və buna yol verməməsinin zəruriliyini dü­şünürdü.

Bəyazid Bistami isə bu arifanə cavabı verdi:

“- Onlar məni yox, Allah-Təalanın məni bəzədiyi o gözəlliyi oxşayırlar. Mənə aid olmayan bir şeyə to­xun­ma­la­rı­na necə mane ola bilərəm?”

Məhz könlün çatması lazım olan qulluq ədəblərindən biri də, bütün gözəllikləri Allahdan bilmək, onu nəfsinə aid et­məməkdir.

Ən böyük ədəb Allah-Təalanın zatına qarşı təzim gös­tər­məkdir. Bunun ən gözəl təzahürü isə ibadətlərdə özünü gös­tərir. Allah dostları belə deyirlər:

“İbadət insanı cənnətə aparır. İbadətdə təzim və ədəb isə Allaha aparır, Haqqa dost edər.”

Ənəs bin Malik t isə:

“Əməldə ədəbli olmaq onun qəbuluna işarə edir.” -bu­yur­muşdur.

Xızır u da belə dua etməyi tövsiyə edir:

“Allahım! Sənə qullu etməyim xüsusunda mənə gözəl ədəb ehsan et!”

Haqq dostları bütün bu batini ədəb hallarına əlavə ola­raq, daim ilahi hüzurda olma şüuru ilə yaşadıqları üçün zahiri ədə­bə də son dərəcə etina göstərmişlər. Bu isə, ibadətdəki xü­şu və ədəb halını ibadətdən kənar vaxtlarda da mühafizə et­mək şəklində olur. Belə ki, Allah-Təala buyurur:

“O kəslər ki, daim namaz qılarlar… (əl-Məaric, 23)

“…o kəslər ki, namazlarını (layiqincə) hifz edərlər… (əl-Məaric, 34)

Həzrət Mövlana bu ayələrə işari məna verərək belə de­yir:

“Bəndə namazdakı halını namazdan sonra da hifz edər. Beləliklə də, bütün ömrünü ədəb, xüşu, dilini və qəl­bini mühafizə içində yaşayar. Bu həqiqi aşiqlərin, yəni Haqq dostlarının halıdır…”

Mənəvi tərbiyənin məqsədi də insana daim ilahi ka­me­ralar qarşısında olduğu şüurunu qazandırmaqdır. Bu sa­yə­də nəzakət, zərafət, ədəb və həya kimi yüksək xislətləri onun təbii həyat tərzi halına gətirə bilməkdir.

Davud Tai həzrətləri belə nəql edir:

“İyirmi il Əbu Hənifə həzrətləri ilə birlikdə oldum. Bu za­man ərzində diqqət etdim, nə yalnızkən, nə də yanında kim­sələr varkən başı açıq olaraq oturduğunu və istirahət məq­sədiylə də olsa ayaqlarını uzatdığını heç görmədim. On­dan soruşdum ki:

“- Yalnız olduğunuz zaman ayağınızı uzatmağınızda nə qəbahət var?” O:

“- Allah-Təalanın qarşısında ədəbli olmaq daha mü­hüm­dür!” -dedi.”

Haqq dostu Mahmud Sami Ramazanoğlu həz­rətləri  də öm­rü boyu ayağını uzadaraq oturmamış, arxasını bir yerə söy­kəyərək yemək yeməmişdir. Həyatı boyunca yüksək bir ədəb və nəzakət timsalı olan Sami Əfəndi -rəhmətullahi aleyh- söhbətlərində tez-tez:

              Ədəb bir tac imiş nuri-Xudadan,
Gey o tacı əmin ol hər bəladan…

beytini təkrar edərdi.   

Həyatı ədəb, nəzakət və zərafət ilə taclanmış Haqq aşiq­­lərindən Samsunlu Hüseyn Əfəndinin cənazəsini yu­yan Mustafa Okutan qardaşımız da, şəxsən şahid olduğu bir halı belə ifadə etmişdi:

“Hüseyn Əfəndini yuyarkən sağ ayağı sinəsinə bi­tiş­miş­di. Heç cür aça bilmədik. Qəbirə qoyduğumuz zaman isə dərhal sağ tərəfə çevrildi.”

Şübhəsiz ki, bu: “İnsan yaşadığı hal üzrə ölür və öldüyü hal üzrə həşr olunur.” Həqiqətini xatırladan müstəsna bir tə­cəllidir. Haqq-Təala bəzi sirləri ibrət alınması üçün bəzən belə nümayiş etdirir.

Bir cahan sultanının və ya yüksək vəzifə sahibinin hü­zurunda olanlar başqa zaman və məkanlarda olduğu ki­mi sərbəst hərəkət edə bilməzlər. Haqq dostları da daim Al­la­hın hüzurunda olduqlarını bilən, bunu sübuta ehtiyac duy­ma­dan hiss edən arif könüllərdir. Yəni onlar:

“…Siz harada olsanız, O sizinlədir… (əl-Hədid, 4) sir­rinə aşina olaraq hər anlarını Haqq-Təala ilə bərabərlik şü­uru ilə yaşayarlar. Elə buna görə də ədəb halı onların bü­tün davranışlarını əhatə edir.

Həmçinin Haqq dostları bəşər nəzərlərindən uzaqda tən­ha olsalar belə, müstəsna bir ədəb üzrə olurlar. Məsələn, na­maz­da Haqqa qarşı bir ehtiram ifadəsi olan başı örtmək, da­imi bir ibadət iqlimində yaşayan Haqq dostlarının namaz xa­ricində də riayət etdikləri bir ədəbdir.

Bir səhabə, heç kimin olmadığı bir yerdə geyim xü­su­sun­da rahat davranıb davrana bilməyəcəyini soruşduqda, Pey­ğəmbərimiz r:

“Allah həya edilməyə insanlardan daha layiqdir. -bu­yur­muşdur. (Əbu Davud, Hammam, 2/4017)

Könül dünyaları İslami tərbiyə ilə yoğrulan əcdadımız da ədəb, iffət və namus mövzusunda bütün cahanın heyran olduğu möhtəşəm bir əxlaqi səviyyə nümayiş etdirmişlər.

Belə ki, son dərəcə təəssübkeş bir protestan pa­pa­zı olan Salomon Schweigger Səyahətnaməsində mü­səl­man­lardan bəhs edərkən belə demişdir:

“Müsəlmanlar hamamda belə bir örtüdən istifadə edir­lər. Onlar necə də ədəbli insanlardır! Ədəb və namusu bu bar­bar dediyimiz insanlardan öyrənməliyik.”

Örtünmək insana aid keyfiyyətdir. Digər məxluqat üçün örtünmək mövzusu xarakterik deyil. Bundan başqa ör­tünmək fitri bir qulluq ədəbidir. Belə ki, Həzrət Adəm ilə Həz­rət Həvva cənnətdə başqa insanlar olmadığı halda hə­ya etdilər, təlaş içində yarpaqlarla örtünməyə çalışdılar. De­məli, örtünmə və onun mənəvi təşviqatçısı olan ədəb və hə­ya insan oğlunun fitrətində olan ən köklü vəsflərdəndir.

Allaha qarşı duyulması lazım olan ədəb hissi, Ona ya­xınlıq dərəcələrinə görə bütün varlıqları da əhatə edir. Al­la­hın zatına qarşı ədəbdən sonra gələn ikinci böyük ədəb isə, Allah Rəsuluna r qarşı olan ədəbdir.

PEYĞƏMBƏRƏ QARŞI ƏDƏB

Əshabi-kiram Allah Rəsuluna r qarşı bəslənməli olan hörmət və ədəb hissinin ən mükəmməl nümunələrini nü­ma­yiş etdirmişlər. Bu qəbildən olaraq Peyğəmbərimizin söh­bətlərində yaşadıqları xüşu və ədəb halını:

“Sanki başımızın üstünə bir quş qonmuşdu, tərpənsək, uçar­dı zənn edərdik.” şəklində ifadə edərdilər. 

Əshabın Allah Rəsuluna r qarşı ədəbi o dərəcədə idi ki, çox vaxt ona sual soruşmağa belə cürət edə bilməzdilər. Ona görə də, bir bədəvi gəlib sual verərək söhbətə səbəb olsa, biz də Peyğəmbərimizin söhbətindən feyz alsaydıq, deyə gözləyərdilər.

Rəsulullah r ilə davamlı bərabər olanlar arasında belə, ədəbləri səbəbiylə onun nur üzünü doya-doya seyr edənlər çox azdır. Hətta söhbət halında ikən Həzrət Əbu Bəkr və Həzrət Ömər istisna olmaqla, əshabın daima önlərinə baxdıqları, yalnız bu iki səhabənin Həzrət Peyğəmbər r ilə göz-gözə gələ bildikləri rəvayət edilir. (Tirmizi, Mənaqib, 16/3668)

Bu halı, sonralar tarixdə Misir fatehi olaraq bilinən Amr bin As t ömrünün sonlarında belə dilə gətirmişdir:

“Rəsulullah ilə uzun zaman birlikdə oldum. Lakin onun hüzurunda hiss etdiyim təzim və həya səbəbiylə başımı qaldırıb nurlu üzünü doya-doya seyr edə bilmədim. Əgər bu gün mənə “Bizə Rəsulullahı təsvir et.” desələr, inan ki, edə bilmərəm.” (Müslim, İman, 192)

Biz də Kainatın Fəxrini r kəlmələrin məhdud imkanları daxilində anlatmağa cürət edərkən, acizliyimiz səbəbiylə ədəb və nəzakət xüsusunda fərqində olmadan meydana gələn qüsurlarımıza Rəbbimizin əfv dəryasına sığınırıq.

Digər tərəfdən Allah Rəsulunun r şərəfli adı hər dəfə zikr edildikdə salət və salam gətirmək də Allah-Təalanın ümməti-Məhəmmədə əmr etdiyi ədəblərdəndir. Ayeyi-kə­ri­mə­də buyurulur:

“Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə sa­lavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gə­ti­rən­lər! Siz də ona salavat göndərib (onun üçün salavat de­yib)layiqincə salamlayın! (əl-Əhzab, 56)

Necə hikmətlidir ki, Qurani-Kərimdə digər peyğəmbər­lərə ad­ları ilə xitab edildiyi halda, Həzrət Peyğəmbərə r “Ya Mə­həm­məd!” deyə xitab edilməmişdir. Ona “Ya Nəbi, ya Rəsul” şə­klində xitab edilmişdir. Haqq-Təala bütün möminləri də bu ədəbə dəvət edir:

“Peyğəmbəri çağırmağı öz aranızda bir-birinizi çğırmağınızla eyni tutmayın! (Peyğəmbəri özünüz bir-bi­ri­ni­zi çağırdığınız kimi çağırmayın.) (ən-Nur, 63)

İbn Abbas t bu ayə haqqında belə buyurmuşdur:

“İnsanlar Allah Rəsuluna “Ya Məhəmməd, ey Əbul-Qasım” deyə xitab edirdilər. Allah-Təala, Nəbisinin şərəfini ucaltmaq üçün onları belə xitab etməkdən çəkindirdi. Bundan sonra insanlar “Ya Nəbiyallah, ya Rəsulallah!” de­yə xitab etdilər.” (Əbu Nuaym, Dəlail, 1, 46)

Doyayısı ilə, Həzrət Peyğəmbərin r təkcə adı ilə yad edil­məsi, ona ümmət olma ədəbinə ziddir. Onun mübarək adı ilə bərabər ülvi və qüdsi vəsfləri də tələffüz edilməlidir. Bun­dan başqa, Allah Rəsuluna r yaxınlığı olan hər kəsə və hər şeyə qarşı da ədəb və nəzakət göstərmək lazımdır.

Peyğəmbər aşiqi olan Osmanlı sultanlarından Yavuz Sul­tan Səlimin bu halı necə də gözəl ədəb təlimidir:

Yavuz Sultan Səlim 1517-ci ildə Misiri fəth etmiş və xə­li­fəlik məqamına sahib olmuşdu. 20 fevral cümə günü Məlik Mü­əyyə camesində oxunan xütbədə xətib onun adının önün­də:

“Hakimul-Harameyniş-Şərifeyn / iki şərəfli bölgə olan Məkkə və Mədinənin hakimi” ifadəsini işlətdikdə, o, dərhal xətibə müdaxilə edərək göz yaşları içində:

“- Xeyr, xeyr! Əksinə, xadimul-Harameyniş-Şərifeyn / iki şərəfli bölgə olan Məkkə və Mədinənin xidmətçisi” de­di. Bundan sonra da xalçanı qaldırıb torpaq üzərinə səc­də edərək Rəbbinə şükür etdi. Hamameyniş-Şərifeynin xid­mət­çisi olduğunun bir ifadəsi olaraq da, sarığının üzərinə sü­pürgə şəklində bir lələk taxdı.

Allah Rəsulunun bölgəsinə olan ədəb və hörmət his­s­lə­rinin zirvə təzahürlərindən biri də Osmanlının məzlum və şəhid sultanı Əbdüləziz xana aiddir:

Bir gün xəstə yatağında saralmış və taqətsiz bir halda yatarkən ona:

“- Mədineyi-Münəvvərə əhalisindən bir məktub var!” -de­yildi.

Əbdüləziz xan yavərlərinə:

“- Dərhal məni ayağa qaldırın! Hərameyndən gələn mək­tubu ayaqüstə eşitmək istəyirəm! Allah Rəsuluna qonşu olan­ların tələbləri, belə ayaq uzadılaraq ədəbsiz bir şəkildə din­lənməz!..” -dedi.

Hər dəfə Mədineyi-Münəvvərədən məktub gəldikdə də ye­nidən dəstəmaz alar, məktubları: “ -Bunlarda Mədineyi-Mü­nəvvərənin tozu var!” -deyə öpüb alnına qoyar, ondan son­ra katibə verib: “- Aç, oxu!” -deyərdi.

HAQQ DOSTLARINA QARŞI ƏDƏB

Əbul-Leys -rəhmətullahi aleyh-: “Peyğəmbəri çağır­ma­ğı öz aranızda bir-birinizi çağırmağınızla eyni tut­ma­yın!” (ən-Nur, 63) ayəsinin təfsir edərək deyir ki:

“Bu ayədə, faydalı elm öyrədən saleh müəllimlərə də hör­mət etməyə işarə edilir. Müəllimlərin və fəzilət sahibi olan insanların haqlarına riayət etmək bildirilir.

Elə buna görədir ki, Haqq dostlarının adı xatırlanarkən han­sı dildə olursa olsun, onlar üçün hörmət və ehtiram ifa­də edən sözlər işlənməlidir. Çünki maddi atalarımızı belə ad­ları ilə çağırmaq ədəbsizlik olduğuna görə, mənəvi ata­la­rımız olan Haqq dostlarının yalnız adlarını demək də ədəb­siz­lik olar.” (Ruhul-Bəyan, VII, 447)

Yəni Peyğəmbərimizə qarşı ədəbin ən mühüm təza­hür­lərindən biri də onun varisləri olan Haqq dostu alim və arif­lərə qarşı ədəb və nəzakət göstərməkdir.

Mənəvi inkişaf üçün peyğəmbər varisi alimlərin, arif­lə­rin və Haqq dostlarının rəhbərliyinə təvazö və ədəblə mü­raciət edib, tövsiyələrini cani-dildən tətbiq etməyə səy gös­tə­rilməlidir. Haqq dostlarının yaxınında və tərbiyəsi altında ol­maq nemət olaraq görülməlidir. Çünki onların hüzuruna ədəb­lə gələnlər, lütflə gedərlər.

Peyğəmbərimiz r:

“Möminin fərasətindən çəkinin! Çünki o, Allahın nuru ilə baxar. -buyurmuşdur. (Tirmizi, Təfsir, 15)

Hədisi-şərifdəki “Çəkinin!” xəbərdarlığı “Kamil mö­min­lərin hüzuruna gizli hesablar və könül bulanıqlığı ilə gir­məyin! Onlar, müstəsna bir fərasətlə sizin gizlətməyə ça­lışdığınızı da görürlər.” mənasını ifadə edir. Elə buna gö­rə­dir ki: “Alimlərin yanında dilinə, övliyanın yanında qəlbinə sa­hib ol!” deyilmişdir.

Ona görə də, könülləri Haqq-Təalanın xüsusi rəhmət nə­zərlərinə müxatəb olan Haqq dostlarına qarşı daha bö­yük bir həssasiyyətlə ədəbə riayət edilməlidir. Onların hü­zurunda izin almadan danışmaq, oturmaq, qalxmaq, kobud davranışlar nümayiş etdirmək mənəvi istifadəni zəiflədəcəyi kimi, Haqqın qəzəbini də cəlb edər.

Osmanlının arif könüllü sultanlarından Yavuz Sultan Səlim, vəlilərin hüzuruna girdiyi zaman böyük bir ədəb və ehtiram göstərir, lazım gəlmədikdə bir kəlmə belə danışmazdı. Belə ki, Şamda böyük vəlilərdən Məhəmməd Bədahşi həzrətlərini ziyarət etdikdə heç danışmamış, yalnız qulaq asmış, sonra da oradan ayrılmışdı. Onunla birlikdə olanlar:

“- Sultanım! Yalnız qulaq asdınız. Nə hikmətdir ki, bir kəlmə də olsa danışmadınız?” -deyə soruşmuşlar. Yavuz xan da belə cavab vermişdir:

“- Böyük övliyaullahın məclisində onlar danışarkən başqalarının danışması (padşah olsa belə) uyğun olmaz. Biz sultan olsaq da, belə mənəviyyat sultanlarının yardımlarına hər zaman möhtacıq. Əgər hüzurunda danışmağım lazım gəlsəydi, bunu bəlli edər və söz deməyimi təmin edərdi.

Məhz Yavuz Sultan Səliməhli-qəlbə qarşı belə yüksək bir ədəb və hörmət götərirdi. Onlara qarşı olan heyranlığını şeirlərinin bir bir beytində belə ifadə etmişdir:

Padişahi aləm olmaq bir quru qovğa imiş,
Bir vəliyə bəndə olmaq c
ümlədən əla imiş

Padşahından xalqına qədər Haqq dostlarına qarşı müs­təs­na bir ədəb və məhəbbətlə seçilmiş olan Osmanlının son­ günlərinə qədər Boğazda dəniz səfəri edən kapitanlar yol­çularını Üsküdardan keçərkən Əziz Mahmud Hüdayi -qüd­disə sirruh-un, Beşiktaşdan keçərkən Yəhya Əfəndi həz­rətlərinin dərgahlarına, Beykozdan keçərkən də Yu­şa­ya u “Fatihəoxumağa dəvət edirdilər. Bir zamanlar İs­tanbul əhalisinin torpaqlarında dəfn edilən böyük vəlilərə qar­şı ədəbi məhz belə idi!

Bir sözlə, ədəb İslamın insanlara təlim etdiyi və son də­rə­cə əhəmiyyət verdiyi bir xüsusdur. Bu həssasiyyət başda Al­laha, Peyğəmbərə, Haqq dostlarına olmaqla, ataya, ana­ya, möminlərə və silsilə halında bütün məxluqata qədər ge­dir.

Qızıl və gümüşün zənginliyi yox olar, lakin ədəbin zən­gin­liyi hər zaman əbədi qalar. Dolayısı ilə, möminlər olaraq ədəb qaydalarını öyrənməli, bunları canlı saxlamağa etina gös­tərməli və başqalarına da şəxsən yaşayaraq nümunə ol­malıyıq. Ona görə də ədəbə aid yazılmış kitablara mü­ra­ciət edərək halımızı necə gözəl hala gətirə biləcəyimizi öy­rənməli, ən əsası isə canlı bir kitab olan ədəb əhli saleh mö­minlərlə həmhal olaraq onların gözəl xüsusiyyətləri ilə bə­zənməyə səy göstərməliyik.

Haqq-Təala ilahi tərbiyəsi ilə ədəbləndirdiyi Rə­su­­lu­nun gözəl halları ilə bəzənməyi hər birimizə nəsib etsin! Haqq dostu alim və arif bəndələrinin könül aləmindən pay alaraq zərif, rəqiq, nəzakət və ədəb əhli bir mömin ola bilməyimizi lütf etsin!

Amin…

Osman Nuri TOPBAŞ

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İNGILTƏRƏDƏ HAVALAR SOYUDU, MÜSƏLMANLAR EVSİZLƏR ÜÇÜN SƏFƏRBƏR OLDU

İngiltərədə dondurucu soyuqların başladığı bir vaxtda ölkədəki müsəlmanlar küçələrdə qalan evsizlər (bomj) üçün səfərbər olub. Oldhem şəhərindəki müsəlmanlar bu çərçivədə...

Bağla