QƏBİR ƏZABI

0

İnsan öldükdən sonra qəbrə qoyulduqda Münkər və Nəkir adında iki mələk gələrək “Rəbbin kimdir?”, “Peyğəmbərin kimdir?”, “Dinin nədir?” deyə soruşar.

 İman və gözəl əməl sahibləri bu suallara doğru cavab verərlər. Belə ölülərə Cənnət qapıları açılar və Cənnət onlara göstərilər. Kafir və ya münafiq olanlar isə bu suallara doğru cavab verə bilməzlər. Onlara Cəhənnəm qapıları açılar, oradakı əzab göstərilər. Möminlər nemət içərisində və rahatlıqda yaşayarkən, kafir və münafiqlər qəbirdə əzab görəcəklər.

Qəbirdə əzab və nemətin varlığını göstərən bir çox ayə və hədislər var. Bir ayeyi-kərimədə belə buyurulur: “Onlar (Firon və tərəfdaşları qəbirdə) səhər-axşam oda salınarlar. Qiyamətin qopacağı gün də (deyiləcək ki): Firon əhlini ən şiddətli əzaba salın!” (əl-Mumin, 46) Bu ayədən məlum olur ki, qiyamət qopmadan əvvəl, yəni qəbirdə də əzab vardır.

Hz. Peyğəmbər (s.ə.s) bir qəbiristanlıqdan keçərkən iki məzardakı ölünün bəzi kiçik şeylərdən ötəri əzab çəkməkdə olduqlarını gördü. Bu iki məzardakı ölülərdən biri həyatında fitnə-fəsad çıxarar, digəri isə sidiyin murdarlığından çəkinməzdi. Rəsulullah (s.ə.s) yaş bir budaq götürdü, ortadan ikiyə böldü və hər bir parçanı iki qəbirə də ayrı-ayrı basdırdı. Bunu görən səhabələr niyə belə etdiyini soruşduqda buyurdu: “Bu iki budaq quruyana qər o ikisinin çəkməkdə olduğu əzabın yüngülləşdirilməsini ümid edirəm. (Buxari, Cənaiz 82; Müslim, İman 34; Əbu Davud, Təharət 26). Hz. Peyğəmbər (s.ə.s) digər bir hədisində belə buyurur: “Qəbir ya Cənnət bağçalarından bir bağça, ya da Cənnəm çuxurlarından bir çuxurdur. (Tirmizi, Qiyamə 26)

Başqa bir hədisdə belə buyurulmuşdur: “Ölü məzara qoyulan kimi birinə Münkər, digərinəkir adı verilən qara və mavi iki mək gər, ölü belə deyərlər: Muhamməd (s.ə.s) deyilən şəxs haqqında nə deyərsən? O da belə cavab verər: O, Allahın qulu vəsuludur. Mən şahidlik edirəm ki, Allahdan başqa ilah yoxdur, Muhamməd də Onun qulu və elçisidir”. Bunun üzərinəklər: Biz sənin belə deyəyini onsuz da bilirdik, – deyərlər. Sonra onun məzarını yetmiş arşın genişrlər. Bu ölünün məzarı işıqlandırılar və nurlandırılar. Daha sonra məklər ölü: Yat və dincəl, – deyərlər. O da: Ailə gedin, vəziyyəti xər verin, – deyər. Məklər ona: Zifafa girən və yalnız ən çox sevdiyi adam təfindən oyandırılan şəxs kimi məhşər günür sən yatmağına davam et, – deyərlər. Ər ölü münafiq olsa, məklər belə deyər: Muhamməd (s.ə.s) deyilən şəxs haqqında nə deyərsən? Münafiq də belə cavab verər: Xalqın Muhamməd haqqında bəzi şeylər söylədiklərini eşitmiş, mən də onlar kimi danışmışdım. Başqa bir şey bilmirəm. Məklər ona: Belə deyəyini onsuz da bilirdik, – deyərlər. Daha sonra yerə: “Bu adamı var gücünlə sıx, – deyəslənilər. Yer də sıxmağa başlayar. Belə ki, o kimsə sümüklərini bir-birinə keçmiş kimi hiss edər. Məhşər günür bu çətinlik davam edər. (Tirmizi, Cənaiz 70)

Əbu Hənifəyə görə, peyğəmbərlər, uşaqlar və şəhidlər qəbir sualı ilə qarşılaşmazlar. Ancaq Əbu Hənifə kafirlərin uşaqlarına qəbirdə sual soruşulması, Cənnətə girmələri və onlarla əlaqədar bənzər bəzi sualları cavabsız buraxmışdır.

İslam alimləri vacib bir səbəb olmadıqca qəbirlərin bir yerdən başqa yerə köçürülməsini caiz görməmişlər. Su basması, yol keçməsi və ya düşmən tərəfində qalma ehtimalı varsa, bu kimi səbəblərlə qəbiristanlığı başqa yerə nəql etmək caizdir. Cənazə qəbirə qoyulub üzərinə torpaq atıldıqdan sonra artıq uca Allaha təslim edilmiş sayılır. Zərurət olmadıqca qəbirin açılmaması lazımdır. Cənazənin qəsb edilmiş yerə və ya qəsb edilmiş bir paltar ilə basdırılması, yaxud bu əraziyə başqasının sonradan şufa yoluyla malik olması zərurət hallarına nümunə göstərilə bilər. Belə olan təqdirdə ərazi və ya paltar sahibinin istəyi ilə qəbir açılar. Paltar götürüldükdən sonra qəbir örtülər ya da cənazə bu yerdən  başqa yerə nəql edilər. Bu edilmədiyi təqdirdə mülk sahibi torpağı əkin yeri edə bilər. Paltar sahibi də istəsə paltarın qiymətini tələb edə bilər.

Bir ölünün cəsədi tamamilə torpaq olub, sümükləri də yox olmadıqca qəbri açılaraq yerinə başqası dəfn edilə bilməz. Ancaq bir cənazəni dəfn etmək üçün başqa  yer qalmayıbsa, bu təqdirdə sümükləri yığılar, yeni basdırılacaq olan ölü ilə arasına torpaq doldurular və qəbir örtülər.

bir əzabından qorunma yolları

Mülk surəsini hər gecə oxumaq: İbn Abbas (r.a) Rəsulullahın (s.ə.s) belə dediyini bildirmişdir: “Bu surə (qəbir əzabına və ya qəbir əzabına səb olan günahlara qarşı) əngəldir, bu surə qurtuluşbidir, adamı qəbir əzabından qurtarar.(Tirmizi, Səvabul-Quran 9)

Dua: Peyğəmbərimiz (s.ə.s) belə dua etmişdir: “Ey Allahım! Cənnəm əzabından, qəbir əzabından, Məsih Dəccalın fitnəsindən, həyatın və ölümün fitnəsindən Sə sığınıram!(İbn Macə, Dua 3; Tirmizi, Dəavat 77)

Kamran MƏMMƏDOV

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MƏLƏKLƏRİN GƏTİRDİYİ BƏRƏKƏT NƏDİR?

Möminlərin mələklərdən gələn bolluq və bərəkətə nail olduqları əməl ...

Bağla