MÜHARİBƏ SƏBƏBİNDƏN 124 MİLYON İNSAN ACLIQDAN ÖLMƏK ÜZRƏDİR

0

Dünya üzərində müharibələr səbəbindən aclıqdan ölmə təhlükəsi ilə üz-üzə olanların sayı son 2 ildə 55% çoxalaraq 124 milyona çatıb.

Bu barədə BMT Ümumdünya Ərzaq Proqramının (WFP) icraçı direktoru Devid Bisli məlumat verib. Bisli, növbəti yemək vaxtı yeməyi hardan tapacağını bilmədən xroniki aclıq yaşayan 815 milyon nəfərin 60%-nin müharibə zonalarında yaşadığını deyib. 

BMT baş katibinin humanitar məsələlər üzrə müavini Mark Loukuku isə, son 5 ildə yetərsiz qidalananların sayının 30% çoxaldığını, yetərsiz qidalanan 490 milyon nəfərin 80%-nin uşaqlar olduğunu bildirib. 

r: Şirəli MƏMMƏDOV

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QURAN-HƏDİS-SÜNNƏ

Hər zaman öz aktuallığını qoruyub saxlayan "Hədis" və "Sünnə " bu gündə öz aktuallığını qoruyub saxlamaqdadır. Bir neçə il olar...

Bağla