MÜSƏLMAN BORCUNU BAŞQA BİRİNƏ HƏVALƏ EDƏ BİLƏRMİ?

0

Cavab: Bir şəxsin öhdəliyində olan borcunu ikinci şəxsə həvalə edərək onun qaytarmasını təmin etməsi caizdir. Çünki Hz. Peyğəmbərimiz (s.ə.s): “Sizdən birinizə bir borc həvalə edilərsə, bunu qəbul edin!” – buyurmuşdur (Buxari, Həvalat, 1). Bundan əlavə, insanların ehtiyaclarını aradan qaldırmağı təşviq edən başqa hədislər də vardır. Qeyd edək ki, borc ikinci şəxsə həvalə edildiyi təqdirdə, borclu artıq borc aldığı şəxsə qarşı məsuliyyətdən azad olur və borc verən borcunu həmin həvalə edilən şəxsdən tələb edər. Ancaq həvalə edilən şəxs iflas edər və bu, sübuta yetirilərsə, yaxud bunu inkar edər və sübuta yetirilə bilməzsə, yaxud da müflis olduqdan sonra ölərsə, həvalə edilən şəxs borcu ödəmək məsuliyyətindən azad olar və borc yenə əsl borcludan tələb edilər. Bundan başqa, qeyd etmək lazımdır ki, bir borcun başqasına həvalə edilməsinin müqabilində pul almaq caiz deyildir. Çünki İslam hüququna görə, yardımlaşma məqsədini daşıyan müqavilələr müqabilində pul almaq caiz hesab olunmamışdır.     

DR. ANAR QURBANOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KƏLBƏCƏRİN İŞĞALINDAN 25 İL ÖTÜR

Kəlbəcər 1993-cü ilin aprel ayının 2-dən Ermənistan ordusunun işğalı altındadır.

Bağla