SƏHABƏLƏRİN PEYĞƏMBƏR SEVGİSİ

0

Həm yaşadığı əsrdə, həmdə öz dönəmindən sonra, insanlıq tarixinin ən çox sevilən şəxsiyyəti,sonuncu peyğəmbər Hz.Muhamməd (s.ə.s) olmuşdur.

 Çünki onu ilk öncə Uca Rəbbimiz, daha sonra səma əhli mələklər, daha sonra yer əhli insanlar və digər canlı və cansız məxluqat sevmişdi. Buna dair əlimizdə kifayət qədər sübut mövcuddur. Uca Allah belə buyurur:

“Şübhəsiz Allah vəkləri peyğəmbə salam və dua göndərir ey iman gətirənlər siz də tam bir təslimiyyətlə ona salam və dua göndərin.(Əhzab surəsi, 56)

Uca yaradan öz bəndələrinin arasından seçdiyi bir quluna salam göndərir və bunu qiyamətə qədər gələcək bütün müsələmanların dilindən düşürmür. Başa düşüb dərk edən insan üçün peyğəmbərimizi sevməyin hansı dərəcədə olacağını göstərən bir sübutdur. Başqa bir ayədə isə belə buyururlur:

“De; Ər atalarınız, oğlanlarınız, qardaşlarınız, həyat yoldaşlarınız, nəsil-nəcabətiniz, qazandığınız var-dövlət, kəsada düşməsindən qorxduğunuz ticarətiniz vəndiyiniz evlər vəskənlər sizə Allahdan, peyğəmbərindən və onun yolunda cihad etməkdən daha sevimli isə, artıq Allahın əmri gəlincər gözləyin! Allah fasiqlər topluğuna hidayət verməz.” (Tövbə surəsi, 24)

Bu ayə alimlər tərəfindən hər bir mömünə peyğəmbəri sevməyin fərz olduğunua dəlil kimi irəli sürülmüşdür. Hz.Peyğəmbər də:“Sizdən hər kim məni uşağından, atasından və bütün insanlardan çox sevmədikcə (həqiqi) iman etmiş olmaz.(Müslim, İman, 70.)deməklə peyğəmbəri sevməyin imanımızın bir parçası olduğuna diqqət çəkmişdir. Bir gün Hz. Ömər (r.a): “Ya Rəsulallah, nəfsim (özüm) xaric, səni hər şeydən çox sevirəm” deyərək könlünü peyğəmbərimizə açmaq istədi. Rəsulullah (s.ə.s) istisnaya razı deyildi. “Ey Ömər! Nəfsindən də çox sevməlisən” deyəndə, Hz. Ömər heç tərəddüd etmədən: “Canımdan da çox sevirəmdeyincə:“İndi oldu, ey Ömər,-buyurdu.”(Buxari, Əyman, 3.)

Həyatını insanlığın qurtuluşuna həsr edən Hz. Peyğəmbərin (s.ə.s) ən canlı şahidləri səhabələri idi. Bu yöndən baxanda onların Hz. Peyğəmbərə olan sevgiləri təbii ki, daha böyük olacaqdı. Buna görə də əshabın sevgi və bağlılığı bəzən müasir insanların idrakını aşan səviyyədədir. Onlar“atam-anam sənə fəda olsun” deyərkən bunu sadəcə sözlə deyil, ürəkləri ilə söyləyir və davranışlarıyla da isbat edirdilər. Rəci hadisəsində Hz.Zeyd bin Dəsinəni (r.a) xatırlayaq. Əsir götürülüb asılmaq üçün darağacına gətiriləndə Əbu Süfyan ondan belə soruşur: “Ey Zeyd, Muhammədin indi sənin yerində olub onun boynunu vurmağımızı və sən də ailənin yanında olmağını istəyərdinmi? Hz.Zeyd bu möhtəşəm cavabı verir: “Vallahi, mənim öz ailəmin yanımda olmağım bir yana, Muhammədə indi olduğu yerdə belə, hər-hansı bir tikanın batmasını istəmərəm. Bu  möhtəşəm cavabı eşidən Əbu Süfyan belə deyir: “Muhammədin dostlarının onu sevdiyi qədər insanlardan heçbirinin başqa birini sevdiyini görmədim”.(İbn Sad, II,55-56; Qadı İyaz, əş-Şifa,28-29.) Hz. Peyğəmbərə (s.ə.s) olan sevgisi və gətirdiyi dəvətinə olan bağlılığı ilə tanınan Uhud şəhidlərindən Ənəs binNadr Uhud döyüşündə Hz. Peyğəmbərin (s.ə.s) ölüm xəbəri gəlməsi ilə dağılmağa başlayan İslam ordusunu döyüşə təşviq edibUhud dağının əklərindənnətin qoxusunu alıram deyərkən birdən Hz. Öri bir qayanın üstündə oturub ağlayan görüb ondan soruşdu:

–  Ömər, niyə döyüşmürsən?

  Hz. Ömər dedi:-Allah Rəsulu öldürüldü, bilmirsənmi?

 Əs isə belə dedi:

-O öldükdən sonra yaşamağın nənası var? Qalx! Onun şəhid olduğu dət yolunda biz də döyüşək, biz də şəhid olaq!” (İbn Hişam, əs-Sirətün-Nəbəviyyə, III, 88)deyirdi. Beləcə, həyatına məna qatan şəxsin Rəsulullah (s.ə.s) və onun dəvəti olduğunu sözləri və davranışlarıyla ortaya qoyurdu.

Allah Rəsulu (s.ə.s) üçün özünü sipər edənlərdən biri də Hz. Talha binÜbeydullah (r.a) idi.  Uhud döyüşündə Rəsulullah uğrunda şikəstq almışdı. Hz.Talha (r.a) onun üçün əlini deyil, canını belə verməyə hazıridi.  Müşrik oxçulardan kəskin nişanalan Malik bin Züheyr Rəsulullaha (s.ə.s) ox atmıştı. Hz.Talha bin Übeydullah (r.a) oxun Rəsulullaha (s.ə.s) tuş gələcəyini hiss edən kimi onu qorumaq üçün əlini oxun qabağına verdi və əlindən yaralanaraq şikəst qaldı. (Bünyamin Erul ,Talhaibni Ubeydullah, DİA, 39,504.)

Səhabələrin ona olan sevgi

və bağlılığı sadəcə döyüş meydanlarında deyil, ibadət həyatından, yeyib-içməyinə, yatmağına, geyinməyinə və gəzməyinə qədər onun etdiyini etməyə çalışırdılar. Qısaca, hər hansı bir işi

Rəsulullah (s.ə.s) etmişsə, o işi etmək üçün başqa səbəb axtarmalarına ehtiyac qalmırdı. Beləki Hz. Ömər Həcərül-əsvədi (Kəbədəki qaradaşı) istilam edərkən, (salamlayarkən); “Allaha and olsunki, sənin heç bir zər və ya fayda vermən bir daş olduğunu bilirəm, ər Rəsulullahın iistilam edərkən görməydim mən dən istilam etməzdim  deyirdi. (Buxari, Həcc, 57; MüslimHəcc, 249-250)

Aqil Əliyev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HƏQİQİ SULTANLIQ

İnsanlıq aləmində gözəl əxlaqın- nəzakət, lətafət və zərifliyin zirvəsi, şübhəsiz ki, Rəsulullahdır (s.ə.s). Bütün fəzilətlər və gözəlliklər Onun bənzərsiz nümunəvi...

Bağla