İSLAM ƏLEYHDARLIĞI ƏKS EFFEKT VERİR

0

Dünyada İslam dininin əleyhinə aparılan təbliğatlara baxmayaraq insanlar bu dinlə maraqlanır, oxuyur və ətraflı məlumat üçün İslamı təhqiq edirlər.

Bu sözləri ABŞ “Dyuk” universiteti İslami Təhqiqatlar kafedrasının müdiri professor Bryüs Lorens deyib.

Lorens bildirib ki, dünyada ateizmin və islam dininə qarşı dözümsüzlüyün çoxalmasına baxmayaraq ABŞ-da və Avropada İslama yönəlmə çoxalıb.

“İslam dininin yayılması sadəcə Avropa ilə məhdud deyil. Şimali Amerikada da yayıldığını müşahidə edirik. İslam yayılır deyəndə bunu heç də insanların müsəlman olması kimi başa düşməməliyik. Demək istədiyim budur ki, İslam dini barədə yayılan mənfi rəylərə baxmayaraq İnsanlar bu dinlə maraqlanır, daha çox məlumat əldə etmək üçün oxuyur və araşdırır. Əks effektlə mənfiliklər müsbətə çevrilir.” – deyə professor Lorens bildirib.   

Xəbər: Şirəli MƏMMƏDOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BU GECƏ MERAC GECƏSİDİR

Bu gecə merac gecəsidir. Bu, Muhamməd Peyğəmbərin (s.ə.s) həyatında baş vermiş ən mühüm hadisələrdən biridir. Hansı tarixdə baş verməsi barədə...

Bağla