PALÇIĞA BULAŞMIŞ PALTARLA NAMAZ QILMAQ OLARMI

0

Cavab: Əgər paltara bulaşan palçıqda nəcasət yoxdursa, bunun namaza hər hansı maneəsi yoxdur. Belə ki, tərkibinə görə dinən təmiz sayılmayan şeylər, namazın etibarlılığına mane olan miqdarları baxımından “qəliz və xəfif” olmaqla iki qisimdir. Qəliz növünə girən pislik əgər qatıdırsa, təxminən dörd qram ağırlığındakı miqdarı, maye olarsa bədən və ya paltarda ovuc içindən çox bir yerə bulaşmışsa, namaza əngəldir. Xəfif nəcasət isə bədənin və ya paltarın dörddə birindən çox yerə bulaşmışsa, namaza mane olar.

Qəliz olan nəcasətlər bunlardır: İnsandan çıxan və ya qopub düşən şeylərdən sidik, nəcis, məni, vədi, məzi və qan. Əti yeyilməyən heyvanların sidikləri, ağız selikləri, quşların xaricində digər heyvanların nəcisləri və bütün heyvanların axan qanları. Əti yeyilən heyvanlardan toyuq, qaz və ördək nəcisi.

Xəfif sayılan nəcasətlər bunlardır: Atların, qatırların, uzunqulaqların və həmçinin ətləri yeyilən heyvanların sidikləri və nəcisləri xəfif pislikdir. Ətləri yeyilməyən heyvanlardan çaylaq quşu, qartal və şahin kimi havada nəcisini edən quşların nəcisləri də belədir.

DR. ANAR QURBANOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DANIŞIQ ƏDƏBİ NECƏ OLMALIDIR?

Bir müsəlman danışığına fikir verərsə, dilini İslamın bəyənmədiyi sözlərdən qoruyarsa, Peyğəmbərimiz (s.ə.s) o kimsənin cənnətə gedəcəyinə söz vermişdir. Belə ki,...

Bağla