RAMAZAN-MÜSƏLAMNIN HƏYAT İDEALIDIR

0

Kəlmeyi-şəhadət, gündəlik beş vaxt namaz, zəkat və həcc kimi, Ramazan ayında oruc tutmaq da  Yaradanın bizə göndərdiyi təslimiyyət dini olan İslamın əsaslarından biridir.

Uca Allah Qurani-Kərimi nazil etmək üçün başqa aylar arasında məhz bu mübarək ayı seçmişdir.

Sonsuz qüvvət sahibi olan Allah müqəddəs Quranda buyurur: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona (“Allahu əkbər” deməklə) təzim və şükür edəsiniz”(əl-Bəqərə,185)

Ola bilsin ki, bu Ramazan hansı isə bir müsəlmanın həyatında son Ramazan olacaqdır. Əgər sizə desəydilər, bu Ramazan həyatınızın sonuncu Ramazanıdır, onu necə keçirərdiniz? Şübhəsiz ki, ağlı başında olan müsəlman ölüm cəzasına məhkum olanların ölümə hazırlaşdıqları kimi, öz son Ramazanına hazırlaşar. O, Allaha qulluq üçün bu ay mümkün olan hər şeyi, hətta qeyri-mümkün olanı da etməyə cəhd göstərər və bu vasitə ilə Onun lütfünü və razılığını qazanmağa çalışar. Əgər müsəlman həyatındakı hər günü son gün kimi yaşamağa cəhd etməsə, son gününü bütün başqa günlər kimi yaşayacaq.

Allah Ramazanı müsəlmanlara Ona yaxın olmaq imkanından doğru şəkildə istifadə etmələrini yoxlamaq üçün bağışlamışdır. Bəs Ramazan Rəbbimizin bizdən razı qalacağı gözəl və xeyir əməllərlə dolu olacaqmı? Allahın rəsulu (sallallahu əleyhi və səlləm) belə vəd etmişdir: “Kimin Ramazan ibadətləri Allaha iman və ümid ilə dolu olarsa, onun keçmiş günahları bağışlanar”.

Bu hədisin əhəmiyyətini anlamaq istəyirsinizsə, Allah qarşısında nə qədər xəta və günah işlədiyiniz barədə düşünün.  

Ramazan ayının başlaması ilə Cənnət qapıları açılır, Cəhənnəmin qapıları bağlanır və müsəlmanlara zərər verməməsi üçün şeytanlar qandallanır. İnsan artıq öz itaətsizliyinə şeytanın hiylələrini bəhanə göstərə bilmir – axı şeytan bağlanıb.  Möminləri Cənnət qapıları gözləyir ki, onun da açarı Peyğəmbərin (sallallahu əleyhi və səlləm) Ramazanına bənzəyən Ramazandır. Əgər müsəlman öz Ramazanını belə yaşayarsa, o həqiqətən özünü Allaha yaxınlaşmış kimi hiss edəcək.

Müsəlmanın hər ayı Ramazan kimi olmalıdır. Belə olarsa, sonunda onun bütün həyatı Ramazan olacaq. Əgər müsəlmanlar Yaradana itaət etməsələr, onların əvəzinə bunu kim edəcək?

Mənbə: islamnews.ru və azerimuslims.com

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MƏŞHUR TELEFONDAN RAMAZANA ÖZƏL TƏTBİQ

Xüsusilə ramazan ayında oruc tutan qadınlar yemək bişirəndə ərzaqın ölçüsü və yeməyin dadı məsələsində bəzi problemlərlə üzləşir. Çinin Huaweii şirkəti...

Bağla