İsveç Kilsə İttifaqının keşişi Stefan Lindquistin sosial şəbəkədə müsəlmanlar barədə yazdığı paylaşımlar böyük rəğbətlə qarşılanıb. “Müsəlmanlar nə qədər təhlükəlidir?” başlıqlı yazıda xristian din adamı belə deyir:
“Bir müsəlman mənə təzə yumurta gətirdi. Başqa biri kefimi soruşdu. Bir başqası isə maşınım təmirdə olduğu üçün məni lazım olan yerə aparmağı təklif etdi. Pulu olmayan dostunun evinə mütəmadi olaraq yemək aparan müsəlman tanıyıram. Həqiqətən də müsəlmanlar nə qədər təhlükəli və ikrah doğuran insanlardır.”
Lindquist daha sonra müsəlmanları və isveçliləri müqayisə edir:
“Bir isveçlinin pul almadan başqasına yumurta verəcəyinə qətiyyən inanmıram. Hansı isveçli pulu olmayan bir dostunun evinə həftələrlə yemək apara bilər? Həqiqətən də müsəlmanlar çox təhlükəlidir.”
Öz yerlilərini həqiqətləri görməyə səsləyən din xadimi cəmiyyət olaraq müsəlmanların bir neçə dəqiqəlik azan səsinə qarşı dözümsüz olduqlarını ifadə edib:
“Bilmirəm! Amma biz isveçlilər gözümüzü açıb həqiqətkləri görməliyik. Fərq etdim ki, çox kübar və səxavətli müsəlman dostlarım var. Əksəriyyətinin bir isveçlidə olması mümkün olmayacaq qədər gözəl ürəyi var. Onlarda heç vaxt nifrət hissi görməmişəm. Məncə insanlarla necə rəftar etməyimiz çox əhəmiyyətlidir. İnsanları qəbul edib həyatınıza daxil etəniz, əvəzində sevgi görərsiniz. Halbuki biz, onların gündə bir neçə dəqiqə azan oxumasını da çox görürük.”
Yazı sosial şəbəkələrdə “like” və paylaşım rekordu qırıb. Yerli “Aftonbaldet” qəzetinə açıqlama verən Lindquist, “Müsəlmanların böyük əksəriyyətində olan insan sevgisini və mərhəməti isveçlilərə göstərməyə çalışdım. Məncə müsəlmanlara qarşı yersiz qorxu və təşviş hissedilir.” – deyib.
Xəbər: Şirəli MƏMMƏDOV