PREZİDENT İLHAM ƏLİYEV İFTAR MƏRASİMİNDƏ İŞTİRAK EDİB

0

Ötən axşam Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar ziyafəti təşkil edib. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

Qurani-Kərim qiraəti ilə başlayan iftar mərasimində Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək müqəddəs “Qurani-Kərim”in nazil olduğu, on bir ayın sultanı mübarək Ramazan ayı münasibətilə açılan iftar süfrəsinə dəvəti qəbul etdiyinə görə prezident İlham Əliyevə və qonaqlara dərin minnətdarlığını bildirib.

Mərasimdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete çıxış ediblər.

Dövlət başçısı mərasimdə nitq söyləyib, daha sonra iftar açılıb.

r: Şirəli MƏMMƏDOV

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANDA BÜTÜN DİNLƏRİN NÜMAYƏNDƏLƏRİ BİR AİLƏ KİMİ YAŞAYIR

“Azərbaycanda bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Bugünkü iftar məclisimizdə səslənən fikirlər, ənənəvi dinlərin rəhbərlərinin çıxışları bir daha bunu...

Bağla