AİLƏDƏKİ MƏSULİYYƏTİMİZ NƏLƏRDİR?

0

Bir hekayə vardır, yaşlı bir kişi neçə illərdir hər gün səhər, eyni saatda avtobusa minib, xəstəxanaya gedir. Bunu izləyən avtobus şoferi bir gün gecikir, yaşlı əminin təlaşla avtobusa mindiyini görüb soruşur, “Xeyirdir ay əmi, artıq neçə ildir ki, hər zaman eyni saatda xəstəxananın yanında düşürsünüz, bu gün də çox təlaşlısınız. Bunun səbəbi nədir?” Kişi içini çəkərək, “Xanımım bu xəstəxanadadır, alzeymer xəstəsidir. Hər gün yeməyini mən yedirirəm, bu gün gecikdim. Ona görə təlaşlıyam” deyir. Avtobus şoferi, “Onsuzda sizi tanımır, niyə bu qədər təlaşlanırsınız?” dediyi zaman, “Mən ki onu tanıyıram” deyə, cavab verir yaşlı kişi.

Ailədə məsuliyyəti dərk etmək çox vacibdir. Nisə surəsinin 34-cü ayəsində “Kişilər qadınlar üzərində ixtiyar sahibidir (onların hamisidirlər)” buyurulur. Bu ayədə kişilərin qadınları idarə edən və qoruyan olduqları açıq şəkildə göstərilir.

Bəs ailədə idarə edənə ehtiyac vardırmı? Əlbəttə vardır. Ailə toplumun ən kiçik qurumudur və hər bir qurumda da idarə edənin olması şərtdir. Bu idarə edən ya qadın ya da kişi olacaqdır. Allah (c.c.) ailədə idarəçi vəzifəsini kişiyə vermişdir. Əlbəttə, Rəbbimiz hər şeyi ən yaxşı biləndir.

Qadın və kişinin ikisi də evdə idarəçi ola bilməzlər. Necə bir vilayətin bir başçısı, hər qurumda bir rəhbər vardır, Peyğəmbərimiz (s.ə.s.) “Üç nəfər yola çıxsa birini rəis seçin”, buyurur. Bu uzun həyat yolunu da rəhbərsiz getmək mümkün deyil.

“Kişilər bizi qorusun amma idarə etməsin”. Halbuki, məsuliyyəti götürən rəhbərliyi də ələ almalıdır. Məsuliyyət varsa ixtiyar da olmaq məcburiyyətindədir.

Ayənin ardınca Rəbbimiz kişilərin ailədə nə üçün ixtiyar sahibi olduqlarını açıqlayır: “Bu Allahın onlardan birinin digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir”. Üstünlük kəliməsi burada bəhs edilən Allah qatındakı üstünlük deyildir. Allah (c.c.) Hucurat Surəsinin 13-cü ayəsində “Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir)” buyurur. Yəni Allahın əmr, qadağan və tövsiyyələrinə göstərdiyimiz diqqətlə daha üstün mövqeyə sahib olarıq. Bu mövzuda cinsin heç bir fərqi yoxdur. Qurani-Kərimdə qadın və kişinin fərqli yönlərdə üstünlüklərindən bəhs olunur.

Kişilərin qadınlara olan üstünlüyü ailədə söz haqqı ilədir. Ailə başçısı olmağın üstünlüyüdür. Vəzifə məsuliyyət yaradır. Kişilər, ailədən, xanımından,

övladlarından məsuldur. Ailənin başçısı olmaq kişi üçün ağır bir məsuliyyətdir. Kişilər başçılıq vəzifələrini düzgün şəkildə yerinə yetirməyə çalışmalıdırlar.

Qadın da kişinin ailədə rəis olduğunu qəbul etməli və lazım olan hörməti göstərməlidir. Xoşbəxt bir evlilikdə ən əsas olan sevgi və hörmətdir. Qadın, kişiyə lazımınca hörmət və ehtiram göstərərsə onun sevgisini əldə edə bilir. Hörmət görməyən bir kişi, kadına sevgisini verməz.

Qız və oğlan uşaqlarının fərqləri ilə bağlı edilən bir araşdırmanın nəticəsinə görə: “Qız uşaqları sevgiyə, oğlanlar isə hörmətə önəm verir”. Biz, bütün uşaqların sevgi istədiyini düşünürük. Halbuki, oğlan uşaqları hörmətə daha çox dəyər verirlər. Hörmət istəyi kişinin təməlində var.

Kişiyə hörmət ailədə övlad yetişdirilməsində də çox vacibdir. Uşaqların güclü lakin şəfqətli bir ata idarəçiliyinə və ana sevgisinə ehtiyacları vardır. Qadın yoldaşını saymazsa uşaqlar heç saymazlar. Günümüzdə uşaqlarla çox problemlər yaşanır. Çünki kişi ailə başçılığını ələ ala bilmir.

Qadınlar, bərabərhüquqlu olaq deməklə, çox zaman ailədə başçılığı bilmədən əllərinə almış olurlar. Ailə başçısı olmaq qadına deyil, kişiyə yaraşan bir xüsusiyyətdir.

Dünyada məhşur olan atalar sözlərindən birində, “Xoşbəxt evlilik, kişinin baş, qadının qəlb olduğu evlilikdir”, deyilir.

Kişilərin “ixtiyar sahibi” olmasının ikinci səbəbini də Allah (c.c.) “Mallarını xərcləmələri səbəbindəndir”, buyurur. Qadın çalışıb ailəyə maddi dəstək olsa da həm kişinin qazancının istifadə olunması, həm də ayədə deyildiyi kimi, kişinin, qadın üzərində söz haqqı üstünlüyünə sahip olduğundan, ailənin rəisi yenə də kişidir. Rəbbimiz bu vəzifəni vermişdir.

Kişilər, qadınların canını, namusunu qorumaq və ailənin ehtiyaclarını təmin etməklə hörmət və ehtirama layiqdirlər. Bu haqqı kişiyə verməmək və lazımınca hörmət və ehtiram göstərməmək çox böyük haqsızlıq və nankorluqdur. Bunun nəticəsində yuvalar cənnət deyil, cinnət halına gelir. Dünyada tək cənnət deyilən yer ailədir. Hz.Adəm və Hz.Həvvanın yuvası cənnətdə qurulmuşdu. Rəbbimiz yuvalarımızı cənnət gözəlliyi və hüzurundan ayırmasın, məsuliyyətlərimizi lazım olduğu kimi yerinə yetirən qullarından eyləsin.

Əlif Güldar

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İSLAMDA ADLAR

Yeni doğulan uşağa və ya sonradan müsəlman olan kimsəyə ad qoymaq:

Bağla