RƏSSAMI, YOXSA RƏSMİ BƏYƏNMİRİK?

0

Rəsulullah ( s.ə.s ) belə buyurmuşdur: “Mömin adama bir ağrı, bir yorğunluq, bir xəstəlik, bir kədər, hətta kiçik bir dərd isabət edəcək olsa , Allah onun səbəbiylə möminin günahından bir qismini məğrifət buyurar”.[1]

Bir gündə qarşılaşdığım üç ayrı hadisəni qələmə alaraq bir daha güzgüyə baxmaq və nə vəziyyətdə olduğumuza diqqət yetirmək istədim. Bir günün içində ard-arda qarşıma çıxan bu hadisələr məni dərindən sarsdı. Söhbət müxtəlif xəstəliklərədüçar olan insanlardan gedir…

     Bir sərgiyə qatılmaq üçün səhər saatlarında evdən çıxdım. Məlum adresə gəldim, çatdım. Sərgi ilə tanış olduğum zaman ortaya balaca bir “hay-küy” düşdü. Nə baş verdiyini anlamaq üçün həmin yerə yaxınlaşdım. Hamı  balaca bir uşağı axtarırdı. Çox çəkmədi ki, uşaq tapıldı. Uşaq, əqli və fiziki cəhətdən əziyyət çəkən bir uşaq idi. Uşaqda “Daun” sindromu var idi. Diqqət çəkən məsələ: ətrafdakı bəzi insanların uşağa qeyri-adi bir şey görürmüş kimi baxması idi. İstər-istəməz, nə qədər uşaq olsada, üzərinə yönələn baxışların təsir etdiyini qəti surətdə deyə bilərəm. Bəlkədə, uşaqdır, xəstəliyi ilə də əlaqədar olaraq çox şeyi başa düşə bilmir. Ona görə də belə insanlara fərqli yox, normal yanaşmaq lazımdır.

Həmin tədbirdən çıxıb bir dostumla görüşmək üçün yollandım. Metroya düşərkən fərqli bir xəstəlikdən əziyyət çəkən bir insanı gördüm. Bu şəxsi qiyabən tanıyırdım. Sosial  şəbəkələrdə görmüşdüm. İndi düz mənim yanımda idi. Bu insanın sifət quruluşunda anadangəlmə qüsur var idi. Lakin o, insanların ona yönələn baxışlarından qaçmaq üçün  üzünü gizlədir və insanlardan uzaq gəzirdi. Platformada dayananda ən axırıncı dayandı və üzünü qatar  gələn tərəfə tutaraq gizlətdi. Qatara mindikdən sonra isə ən axırıncı vaqonda dayanaraq üzünü insanların əksinə çevirdi. Məlum idi ki, çəkdiyi xəstəliyə görə utanırdı. Çox ağırıma gəldi. Əslində, əsl utanası o yox, elə ona fərqli gözlə baxanlar idi. Ona baxan insanların mənasız baxışları o insanı incidirdi, özünü belə davranmağa,cəmiyyətdən uzaqlaşmağa məcbur edirdi. Hamı baxırdı ona, kimisi qorxu ilə, kimisi maraq ilə… Orada görmədiyim yeganəşey sevgiylə baxmaq idi. Baxa bilmirikmi?  Bizim qəlblərimiz o qədərmi daşlaşıb? Biz niyə dərk eləmirik ki, biz də onun kimi ola bilərdik. Qəlbimi çox sarsdı bu hadisə. Elə  bu haqda fikirləşirdim ki, o insanın harada və necə düşdüyünün fərqində olmadım.

Bu haqda sonuncu stansiyaya kimi fikirləşdim və sonuncu stansiyada eskalatorla yuxarı qalxarkən məndən təxminən üç pilləkən yuxarıda “Albinos”xəstəliyindən əziyyət çəkən bir insan dayanmışdı, orta yaşlı bir kişi idi. Qulağında qulaqlıq, nəsə dinləyirdi. Əks istiqamətdə hərəkətdə olan eskalatorda, səhv etmirəmsə, xarici vətəndaşlar idi, iki nəfər ona diqqətlə baxıb nəsə pıçıldaşdılar. Həmin bu şəxs bunu gördü və qulağından nauşniki çıxardaraq əsəbi halda əlini başına tutdu,yəqin  ki, kənardakı baxışlar ona çox pis təsir eləmişdi. Açığı, o biri hadisələrin təsirindən çıxmamış bunun da gözümün önündə baş verməsi məni dərindən sarsdı və həmin gündən bu günə kimi hadisələrin təsirindəyəm. Bunu deməkdə məqsədim odur ki,belə insanlara xəstə gözü ilə baxmayaq,sevgi göstərək. Heçvaxt unutmayaq: Onlar xəstə deyil, sadəcə fərqlidirlər. 

     Yaponiyada minlərlə adam ailələriylə birlikdə evlərində bir təcrübə ediblər: 3 dənə düyü dolu stəkan götürüb, birinci stəkana təşəkkürlər, ikinci stəkana isəaxmaq deyirlər. Bütün ailə fərdləri hər gün bu stəkanların qarşısında dayanıb bunları təkrarlayır, yenə hamısı üçüncü stəkanilə heç maraqlanmırdılar,xüsusilə görür, amma görməməzlikdən gəlirdilər.Nəticə çox maraqlıdır: təşəkkür edilən stəkandakı düyü, səməni bənzəri yetkinləşmiş bir qoxu salaraq mayalanmış ikən, axmaq deyilən stəkandakı düyü çürümüşdü. Ancaq daha da təəccüblü olan, görməməzlikdən gəlinən stəkandakı düyünün axmaq deyilən stəkandan çox daha əvvəl çürümüş olması oldu. Yox saymaq, alçaldıcı bir sözə məruz buraxmaqdan daha böyük zərər vermişdi.

     Bu təcrübədən böyük bir dərs çıxarmaq lazımdır. Heç kimi xor görməmək, hər an ölümü və hər hansı bir hadisənin başımıza gələ biləcəyini göz önündə saxlamalıyıq. Əslində bu yazını qələmə almaqda məqsədim o cür insanlara dəstək olmaqdır. Qoy onlar hiss eləsinlər ki, biz onları sevirik və onlara sevgi ilə yanaşırıq. Onların diqqətlə üzünə baxıb qeyri-adi yanaşmaqdansa, sevgiylə baxıb bizdən biri olduğunu hiss etdirməkdir, əsas məsələ. Çalışaq bu haqda ətrafımızı maarifləndirək,bunu məhz biz öyrədək, bilməyənlərə. Rəssamın çəkdiyi bir rəsmi rəssamdan yaxşı heç kim anlaya bilməz! Biz o rəsmlərə sahib çıxaq ki, axirətimizi də qazanmış olaq…

[1]( Buxari , Marda 1 ; Müslim, Birr 52,( 2573 ) ; Tirmizi ,Cənaiz 1 ,( 966 ))

Firdovsi HƏSƏNOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BÖYÜK MİLLƏTLƏR SAĞLAM AİLƏLƏRDƏN ÇIXAR

Tarixə nəzər saldığımız zaman bunu çох аsаnlıqla ifadə  edə bilərik  ki , qadınlar cəmiyyət tərəfindən  həmişə  ikinci dərəcəli  sinif kimi təqdim...

Bağla