ATA-ANA HAQQI

0

Əbdürrəhman Cami -quddisə sirruh- deyir ki:

“Mən anamı necə sevməyim ki, o məni bir müddət cismində, uzun bir zaman qucağında, ölənə qədər də ürəyinin şəfqət guşəsində daşımışdır. Ona hörmətsizlik etməkdən daha pis bir şey ola bilərmi?!..”

Qul haqları içində ən mühüm olanı ata-ana haqqıdır. Allah və Rəsuluna itaətdən sonra ata-anaya itaət gəlir. Çünki ata-anamız dünyaya gəlməmizin səbəbkarı və vəlinemətimizdir. Maddi və mənəvi həyatımızı inşa edən müstəsna şəxsiyyət memarlarımızdır. Bu səbəbdən onların üzərimizdəki haqları saymaqla qurtarmayacaq qədər çoxdur.

Abdullah bin Məsud (r.a.) belə demişdir:

“Rəsulullah (s.ə.s.)-dən soruşdum:

«- Allahın ən çox bəyəndiyi əməl hansıdır?»

«- Vaxtında qılınan namazdır». -buyurdu.

«- Sonra hansı ibadət gəlir?» -dedim.

«- Ana və ataya yaxşılıq və itaət etmək» -buyurdu.

«- Daha sonra hansı gəlir?» -deyə soruşdum.

«- Allah yolunda cihad etmək» -buyurdu”. (Buxari, Məvaqit 5, Cihad 1; Müslim, İman 137-139)

Allah-Təala öz razılığını ata-ananın razılığına bağlamışdır. Bu həqiqəti Rəsulullah (s.ə.s.) belə xəbər verir:

Rəsulullahın bu duası bir mömin üçün necə də böyük bir bərəkət vəsiləsidir:

“Ana-atasına yaxşılıq edən nə xoşbəxtdir! Allah-Təala onun ömrünü uzun etsin!” (Heysəmi, VIII, 137)

Həyatın fırtınalarında bizə bir toz qonmasın deyə bütün varlığını səfərbər etmiş olan ana və atamızın haqqını ödəyə bilməmiz mümkündürmü? Hədisi-şərifdə bu həqiqətə belə bir təşbehlə diqqət çəkilməkdədir:

“Heç bir övlad atasının haqqını ödəyə bilməz. Əgər onu kölə olaraq tapar və satın alıb azad edərsə, atalıq haqqını (ancaq o zaman) ödəyə bilmiş olar”. (Müslim, İtq, 25; Əbu Davud, Ədəb, 119-120; Tirmizi, Birr, 8/1906)

Mövlana həzrətləri də bu xüsusda belə buyurur:

“Ana haqqına diqqət yetir! Onu başında tac et! Çünki analar doğum sancısı çəkməsəydilər, uşaqlar dünyaya gəlməyə yol tapa bilməzdilər.”

Bu səbəblə müsəlman bir gənc Allah və Rəsuluna itaətdən sonra ata-anasına qarşı hörmət, itaət və gərəkli xidmətlərlə mükəlləfdir. Əgər uzaq bir yerdə yaşayırsa, ata-anasını ziyarət edib könüllərini almalı, dualarını istəməlidir. Onlara xidmət etmək, gözəl söz söyləyib qulluq etməkövladların ən böyük vəfa borcudur. Xüsusilə yaşlılıq dövrlərində buna çox diqqət yetirmək lazımdır. Uca Rəbbimiz onlara qarşı ən kiçik bir narazılıq göstərməyə belə icazə verməmişdir.

 Allah dostu Bəhaəddin Nəqşbənd həzrətləri:

“Mənim qəbrimi ziyarət etmək istəyən əvvəlcə anamın qəbrini ziyarət etsin” demiş və bununla aldığı mənəvi tərbiyənin ilk memarına işarə etmişdir.

Ata-anaya xidmət göstərmək çox fəzilətli bir əməldir. Bu fürsəti qiymətləndirə bilməyən kəslər böyük bir itki içindədirlər. Necə ki, Allah Rəsulu (s.ə.s.) mühüm bir xəbərdarlıq mahiyyətində belə buyurmuşdur:

Ata-ana qeyri-müslman da olsa, Allah-Təala onlarla yaxşı dolanmağı, istəklərini yerinə yetirib könüllərini xoş etməyi əmr edir. Ancaq Allaha üsyan sayılacaq xüsuslar bundan müstəsnadır.[1]

Həzrət Əbu Bəkrin qızı Əsma (r. anhə) belə nəql edir:

“İslamı qəbul etməmiş olan anam, ziyarətimə gəlmişdi. Peyğəmbərimizin fikrini öyrənmək üçün:

«- Anam mənimçün darıxıb yanıma gəlib. Onunla yaxşı rəftar edimmi?» -deyə soruşdum. Rəsulullah (s.ə.s.):

«- Bəli, ananla yaxşı rəftar et!» buyurdu”. (Buxari, Hədiyyə 29, Ədəb 7-8; Müslim, Zəkat, 50)

Bunu unutmamaq lazımdır ki, adam ata-anasıyla necə rəftar etsə, övladlarından da eyni rəftarı görər. Peyğəmbərimiz (s.ə.s):

“…Atalarınıza yaxşılıq edin ki, uşaqlarınız da sizə yaxşılıq etsinlər…” buyurmuşdur. (Hakim, IV, 170/7258)

Ata-anasına qarşı pislik edən və onları incidəcək şəkildə davranan gənclərin yaşlandıqda öz övladları tərəfindən eyni rəftara məruz qaldığı, ən çox rast gəlinən bir ibrət mənzərəsidir.

 Spot: “Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə.

Onlarla xoş danış!”

  Spot:

Həzrət Aişə belə nəql edir:

“Rəsulullahın yanına bir nəfər gəlmişdi. Yanında da yaşlı bir adam vardı. Allah Rəsulu (s.ə.s.):

«- Ey filankəs! Yanındakı kimdir?» deyə soruşdu. O adam:

«- Atamdır», cavabını verdi. Bunun üzərinə Aləmlərin Fəxri bu xəbərdarlığı etdi:

«- Ondan qabaqda getmə, ondan əvvəl oturma, onu adıyla çağırma və ona söydürmə!» (Heysəmi, VIII, 137)

 Xülasə, cənnətin yolu ata-ananın razılığından keçir. Allah-Təala cənnəti əməlisaleh anaların ayaqları altına sərmiş, atanı da cənnətin əsas qapısı etmişdir. Artıq istəyən onları razı salsın, istəyən də incidib könüllərinə dəysin!..

Spot

“Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar” (ət-Təhrim, 6)

Spot

“Hamınız çobansınız və hamınız güddüklərinizdən məsulsunuz… Kişi ailəsinin çobanıdır və sürüsündən məsuldur. Qadın ərinin evinin çobanıdır və sürüsündən məsuldur” . (Buxari, Vəsayə, 9; Müslim, İmarə, 20)

Ailə Haqqı

Atanın, ananın və uşaqların bir-birləri üzərində haqları vardır.

Ata xanımını və uşaqlarını ən gözəl şəkildə tərbiyə edib ehtiyaclarını halalından təmin edərək onları axirətə hazırlamalıdır.

Ana ərinə qarşı vəzifələrində həssas davranmalı, evinə və uşaqlarına sahib çıxmalıdır. “Yuvanı quran dişi quşdur” zərbi-məsəlinin gərəyincə qənaətkar olmalı, israfdan qaçınmalı və hər xüsusda fərasətlə hərəkət etməlidir.

Ata-ana uşaqlarına qarşı ədalətli davranmalı, ayrı-seçkilik etməməlidir. Onların ən mühüm vəzifəsi ailə fərdlərinə İslami tərbiyə vermək və onların əbədi səadəti qazanmaları üçün çalışmaqdır. Bunun üçün də ilk növbədə zəruri olan dini bilikləri öyrətməlidirlər. Daha sonra seçəcəkləri münasib bir peşəylə əlaqəli bilik və təcrübə əldə etmələrinə kömək etməlidirlər.

Rəsulullah (s.ə.s.)-dən:

“-Ey Allahın Rəsulu! Bizim uşaqlar üzərində haqqımız olduğu kimi onların da bizim üzərimizdə haqları varmı?” deyə soruşulduqda belə buyurmuşdur:

“-Uşağın, atası üzərindəki haqqı; atasının ona yazı yazmağı, üzməyi, atıcılığı öyrətməsi və ona halaldan başqa ruzi yedirməməsidir”. (Beyhəqi, Şuab, VI, 401; Əli əl-Müttəqi, XVI, 443)

Bu mövzuda başqa hədislər də var:

“Uşağın ata üzərindəki haqqı ona gözəl bir ad qoyması, zamanı gəldikdə evləndirməsi və ona yazı yazmağı öyrətməsidir”. (Əli əl-Müttəqi, XVI, 417)

“…Həyatda hörmətə layiq bir yer qazandırması və ona gözəl tərbiyə verməsidir”. (Beyhəqi, Şuab, VI, 401-402)

Dini və uxrəvi haqlardan sonra dünyəvi ehtiyaclar gəlir.

Müaviyə bin Haydə (r.a.) belə nəql edir:

“-Ya Rəsulullah! Qadınlarımızın bizim üzərimizdəki haqqı nədir?” deyə soruşdum. Allah Rəsulu belə buyurdu:

“-Yediyiniz kimi yedirmək, geydiyiniz səviyyədə geydirmək, üzlərinə vurmamaq, etdikləri işin və özlərinin (sima və ədəb baxımından) çirkin olduğunu söyləməmək, onlara bəddua və təhqir etməmək…”. (Əbu Davud, Nikah, 40-41/2142; İbn Macə, Nikah, 3)

 Spot:

Havlə binti Hakim (r.anhə) gözəl geyinən qadın idi. Bir gün üst-başı dağınıq halda Həzrət Aişənin yanına gəldi. Aişə anamız:

“−Bu nə haldır?” deyə soruşdu. O da:

“-Ərim gecələri namaz qılır, gündüzləri də oruclu keçirir, mənimlə heç maraqlanmır”, dedi.

Bu zaman Rəsulullah (s.ə.s.) içəri girdi. Həzrət Aişə (r.anhə) vəziyyəti Ona xəbər verdi. Bunun üzərinə Rəsulullah (s.ə.s.) Havlənin əri Osmanla görüşərək:

“-Osman, bizə ruhbanlıq əmr edilmədi. Mən sənin üçün ən gözəl bir nümunə deyiləmmi? Vallah sizin Allahdan ən çox qorxanınız və Onun əmrlərinə ən çox riayət edəniniz mənəm”, buyurdu. (Əhməd, VI, 226; İbn Həcər, əl-İsabə, IV, 291)

Yenə Allah Rəsulu (s.ə.s.) ailənin ruzisini təmin üçün görülən işin ibadət və infaq yerinə keçəcəyini bəyan etmişdir.

Ailə fərdləri fitrətlərinə və vəziyyətlərinə görə vəzifə bölgüsündə iştirak etməlidirlər. Rəsulullah (s.ə.s) ailə içində işləri bölərkən qızı Həzrət Fatiməyə ev işlərini, kürəkəni Həzrət Əliyə də çöldə görüləcək işləri tövsiyə etmişdir.

Evin böyüyü xanımından xəbərsiz uzaq səfərlərə çıxmamalıdır. Həmçinin xəbərsiz və kim olduğunu bilmədiyi yad adamları evə qonaq gətirməməlidir. Xanımından İslamın qoyduğu ölçülərin xaricində naməhrəmlərin qarşısına çıxmasını və onlara xidmət etməsini istəməməlidir.Ailəsini mümkün mərtəbə qadın-kişi qarışıq olan yerlərdən uzaq tutmalıdır.

Atanın əsas vəzifələrindən biri də ailə fərdlərinə qarşı gözəl əxlaq sahibi olması və xoş rəftar etməsidir.

Allah Rəsulu (s.ə.s.) qadının vəzifələri haqda belə buyurur:

“Əməlisaleh qadın əri üzünə baxdığı zaman onu sevindirər, ərinin məşru istəklərini yerinə yetirər və onun olmadığı yerdə həm malını, həm də namusunu mühafizə edər”. (İbn Macə, Nikah, 5)

“Əri özündən məmnun olduğu halda ölən qadın, cənnətə girər”. (Tirmizi, Rada, 10/1161; İbn Macə, Nikah, 4)

Ailə fərdləri nəfsin, şeytanın və ətrafdakı pis niyyətli kəslərin hiylə və tələlərinə qarşı oyanıq olmalı və daim Allaha sığınmalıdırlar. Çünki bunlar ən müqəddəs bir müəssisə olan ailə yuvasını yıxmaq üçün əllərindən gələni edərlər. Ailəni yıxdıqda ümumi əxlaqı və dini yıxa biləcəklərini çox yaxşı bilərlər.

Rəsulullah (s.ə.s) bu mühüm xüsusa belə diqqət çəkir:

“İblis taxtını dənizin üstündə qurar, oranı özünə mərkəz edər. Sonra əsgərlərini dünyanın hər tərəfinə göndərər. Ona ən yaxın və ən sevimli əsgər ən böyük fitnəni salandır. Əsgərlərindən biri gəlib:

«-Bu gün mən belə-belə etdim!» deyər. İblis:

«-Heç bir şey etməmisən!» qarşılığını verər. Bir başqası gələr:

«-Mən birinin yaxasından yapışdım və xanımıyla arasını vurana qədər əl çəkmədim», deyər. Bunun üzərinə İblis onu özünə yaxınlaşdırar, qucaqlayıb boyuna sarılar və:

«-Sən nə yaxşısan, nə gözəlsən!» deyər”. (Müslim, Münafiqin, 67)

Xülasə, ailə içində hər kəs vəzifələrinə diqqət yetirməli və bir-birinin haqqını qorumalıdır.

Spot:

Hədisi-şərifdə buyurulur:

“Evlənin, boşanmayın!.. Çünki boşanma səbəbiylə Ərş titrəyər…” (Əli əl-Müttəqi, IX, 116/27874)

[1] Bax. Loğman, 15.

Osman Nuri Topbaş

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
RƏQƏMSAL ERANIN DƏHŞƏTLİ NƏTİCƏLƏRİ

Müasir dünya qadjetlərə - smortfonlara, planşetlərə və digər rəqəmsal texnikaya görə başını itirmiş durumdadır.

Bağla