İSVEÇLİ KEŞİŞİN MÜSƏLMANLARLA BAĞLI PAYLAŞIMI REKORD QIRDI

0

İsveç Kilsə Birliyi Sol Region Rəhbəri Stefan Lindquist sosial media hesabından paylaşdığı “Müsəlmanlar nə qədər təhlükəlidir?” başlıqlı məqaləsində “Bir müsəlman, mənə təzə yumurta gətirdi. Bir digəri halımı soruşdu. Bir başqası isə  avtomobilim təmirdə olduğu üçün istədiyim yerə maşını ilə  aparmağı təklif etdi. Pulu olmayan dostumun evinə davamlı olaraq yemək aparan bir müsəlman tanıyıram. Müsəlmanlar həqiqətən də, nə qədər təhlükəli və sevimsizdir.” ifadələrindən istifadə edib.

Məqaləsində müsəlmanlarla isveçliləri müqayisə edən  Lindquist, “Bir isveçlinin pul almadan birinə yumurta verəcəyinə qətiyyən inanmıram. Hansı isveçli pulu olmayan dostunun evinə həftələrcə yemək aparar? Müsəlmanlar doğurdan də çox təhlükəlidir”, sözlərinə yer verib və belə davam edib:

“Bilmirəm, amma artıq biz isveçlilər gözlərimizi açıb doğruları görməliyik. Çox nəzakətli və comərd müsəlman dostlarımın olduğunu fərq etdim. Çoxunun bir isveçlidə görə bilmədiyim qədər gözəl qəlbləri var. Heç birində nifrət hiss etmədim. Məncə insanlara necə davrandığımız çox vacibdir. Əgər, insanları qəbul edər və həyatınıza daxil etsəniz, qarşılığında sevgi görərsiniz. Halbuki biz, gündə bir neçə dəqiqə səs gücləndiricilərdən  azan oxunmasını belə bu insanlara çox görürük. “

Daha sonra Lindquist Aftonbaldet qəzetinə müsahibə verərək və aşağıdaki fikirləri səsləndirib:

“Müsəlmanların böyük bir qismindəki insan sevgisini və mərhəməti isveçlilərə göstərmək istədim. Məncə müsəlmanlara qarşı hiss etdiyimiz qorxu və narahatlıq lazımsızdır.”

 MƏNBƏ: İSLAMVEİHSAN.COM

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DİNDAR, YOXSA MÜSƏLMAN?

İslam dini insan yaranandan bəri mövcuddur. Amma insanlar arasında bu haqda müxtəlif fikirlər mövcuddur. Bəzi insanlar elə bilir ki, İslam...

Bağla