NƏ ÜÇÜN QURAN ÖYRƏNMƏLİYİK?

0

Allahın kainatı idarə etdiyi sistemin adı İslamdır. Vəhy isə ilahi bir in­şa layihəsidir. Həyat yol, insan isə bu yolun yolçusudur.

Yolu da, yolçunu da yaradan Odur. Deməli, yolun xəritəsini də müəyyən etmək Onun haqqıdır. Bütün ilahi vəhylər kainat ağacının möhtəşəm meyvəsi olan insanın yaradılış məqsədinin həyata keçirilməsi üçün göndərilmişdir. Bəşəriyyət tarixinin nəhayətində əbədi rəhbərlik Quran surətində təcəlli etmişdir.

     Quran Yaradanın sonsuz mərhəmətinin əsəridir… Quranı O öyrətdi. İnsanı O ya­ratdı və ona özünü ifadə etmə qabiliy­yə­tini bəxş etdi.Quran təlimi ilk dəfə Peyğəmbərimizlə başlamışdır. Quranın ilk dərs verdiyi Pey­ğəmbərimizdir, ilk tələbəsi odur. Eyni za­manda Peyğəmbərimiz bir Quran müəlli­midir. Ümmətinə də Quran öyrənməyi və öyrətməyi miras qoymuşdur. Bir hə­disi-şərifdə “Sizin ən xeyirliniz Quranı öy­rənən və öyrədəninizdir”, -buyurulur. Peyğəmbərimiz Quran öyrətməyi hər za­man həyatının mərkəzinə qoymuşdur. Əs­lində namaz da müsəlmana Quranı öy­rədir. Namaz bir qabdır, içində Quranı sax­layır. Namaz Quranı daşımaq üçün bir vəsilədir. Qab olan namaz möminin me­racı olduğu halda, içindəkinin nə qədər dəyərli olduğunu siz düşünün. Unutmayın Peyğəmbərimizi Quran inşa etmiş və onu bəşəriyyətin ən yüksək zirvəsinə yük­səltmişdir. 

Peyğəmbərimizin apardığı mübarizə Quranla insan arasına girən əngəlləri qal­dırmaq idi. Peyğəmbərimiz Quran tə­li­mini Darul-Ərkamla, Əshabi-suffə ilə müəssisələşdirmişdir. Peyğəmbərimizdən sonra Quran təlimi səhabələrin də bir nöm­rəli məşğuliyyəti olmağa davam et­mişdir.

     Bu gün Quran həqiqətlərindən uzaq qa­lan, ancaq özünü müsəlman adlandıran əksər insanlar Quranı bir örtü içində ev­lərinin yüksək yerlərində saxlamaqla Qu­rana olan hörmətlərini ifa etdiklərini dü­şünürlər. Ancaq bu insanlar bir şeyi unu­durlar ki, Quran ona görə enməyib ki, in­san onu ucaltsın, əslində Quran, insan onunla ucalsın, zirvələrə yüksəlsin deyə en­dirilmişdir.

     Quran, əlbəttə, hörmətə layiqdir, gö­zəl səslə oxunmalıdır, gözəl xətlərlə ya­zıl­malıdır, gözəl səhifələrdə olmalıdır, cild­lənməlidir. Ancaq Quran bunların heç biri üçün göndərilməyib. Anlamaq, yaşamaq və yaşatmaq üçün göndərilibdir.

Quran əl-Hayy olandan həyatı inşa etmək üçün həyatın ürəyinə enmiş təri­fəsığmaz bir kitabdır. Məqsədi insanı zül­mətdən nura, qaranlıqdan aydınlığa, nəfsin köləliyindən ruhun azadlığına çı­xar­maqdı. Məxluqat ağacının möhtəşəm meyvəsinin özünü və əlinin dəydiyini çürütməsinə əngəl olmaqdı. Həmçinin öz-özünü nizamlayaraq saflaşmasını, təkamül etməsini, ucalmasını və potensialınыn doğru istiqamətlənməsini təmin etməkdi.

     Həyat və ölüm, yaxşı və pis, ədalət və zülm, haqq və batil, dünya və axirət, qa­zanc və zərər, dəyərli və dəyərsiz, əbədi və fani… Bu kəlmələr həyatı istiqa­mət­ləndirən təlimatlardır. Bu təlimatlar yanlış verilərsə, həyat yanlış yaşanar. Quranın insanı inşa etməkdə əsas məqsədi onun həyatının istiqamətini müəyyənləşdirən bu kəlmələrin içini doğru mənalarla dol­durmaqdır.

     Quranın və insanın Sahibi bu məqsədin həyata keçməsi üçün qanunlar qoymuşdur. Əgər insan bu qanunlara uyğun olaraq hərəkət edərsə, Quran inşa məqsədini reallaşdıracaq, əks təqdirdə insan bu inşa­dan məhrum qalacaqdır. Bunun ilk şərti isə Qurana könül verməkdi.

     Əldə gəzdirildiyi halda zehиnlərdə gəz­dirilməyən, ən yüksək yerlərə qoyul­duğu halda həyatın mərkəzinə qoyul­mayan, dildə olduğu halda ürəyə enmə­yən, özü göz önündə olduğu halda təlimatları qula­qardı edilən, səsinə qulaq asıldığı halda sözü dinlənilməyən Quran bu gün “ölülər” kitabı olaraq görülür. Yəni bu gün Quran həyatdan çıxarılaraq həyatsız qoyulub. Ancaq inanın, bundan zərər görən Quran deyil. Bundan zərər görən həyatdır, in­sandır. Və unutmayın ki, Qiyamət də hə­yat Quransız qaldığı zaman qopacaqdır.

     Antivirus yüklənməyən kompüter bir müddət sonra müəyyən viruslar nəticə­sində necə çökərsə, insan da imanını Qu­ran­la mühafizə etməzsə, bir müddət son­ra iman çökər.  Bu baxımdan xüsusən övladlarımıza Quran öyrətmək, sanki kom­püterə antivirus yükləmək kimidir. Yoxsa övladlarımızı yaşadığımız dövrün əxlaq­sız hücumlarından necə qoruya bi­lərik?

     Quran inşaedici funksiyasına sahib ol­duğunu xitab etdiyi ilk nəslin üzərində aydın şəkildə isbat etmişdir. İnşa etdiyi ilk nəslin əlləri ilə həyatı və dünyanı inşa et­mişdir.

     Quran bir şeyi də isbat etdi ki, əgər bir nəsil özünü Quranın inşasına təsli­me­dərsə, Allah da tarixin inşasını həmin nəslə həvalə edər. Qurana şagird olan, hə­yatın ustası olar.

     Unutmayaq ki, möminin həyatı Qu­ra­nın ətrafında şəkillənməlidir. Çünki Qu­ran ilahi tərbiyənin bir nöm­rəli proq­ramıdır. Quran dəyərlərin mən­bəyi­dir. Quran təlimi əslində dəyər təlimidir.  

Elşən Rzayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KÖRPƏLƏRİMİZİ NECƏ QİDALANDIRMALIYIQ?

Qida - uşaq orqanizmi üçün enerji mənbəyi olmaqla yanaşı, onun tez və normal böyüməsi üçün zəruridir. Uşaqlarda bir sıra xəstəliklərin...

Bağla