Məkkə və Mədinə şəhərləri arasında səfər etmək üçün nəzərdə tutulan “Harameyn Sürət Qatarı” layihəsinin açılışı olub.
Yaxın Şərqin ən böyük nəqliyyat layihələrindən hesab edilən “Harameyn Sürət qatarı” zəvvarların işlərini xeyli asanlaşdıracaq. Layihənin açılışında iştirak edən Səudiyyə Ərəbistanının kralı Salman bin Abdulaziz Mədinə istiqamətində qatara minib.
İki hərəm bölgəsi arasında hərəkət edəcək qatarın Məkkə, Ciddə, Kral Abdullah iqtisadi rayonu, Kral Abdulaziz Beynəlxalq Aeroportu və Mədinə olmaqla 5 stansiyası var.
Qeyd edək ki, Məkkə ilə Mədinə şəhərlərinin arasındakı məsafə 450 km-dir və bu layihə ilə zəvvarlar həmin məsafəni 1 saat 20 dəqiqəyə qət edəcək.
Xəbər:Şirəli MƏMMƏDOV