BİR GÜNÜN HESABATI

0

Haqq dostları, ümmətə bəzi məsləhətlər və xəbərdarlıqlar etmişlər ki, bunlar, insanın günlük həyatda özünü necə mizan və mühasibat etməsi lazım gəldiyinə dair gözəl bir nümunədir:

1. Bu səhər həyat dəftərini necə açdın? Sənə yeni bir gün lütf etdiyini düşünərək Rəbbinə şükür etdinmi? Bu yeni gündə Rəbbinə qulluq əhdini yenilədinmi?
2. Cənabı Haqq səni təhəccüd vaxtında istiğfara dəvət edərkən, sən o vaxtda coşub daşan ilahi rəhmət və mağfirətdən nə qədər nəsiblənə bildin? Yoxsa yağmur damlalarının qayaların üzərindən boşa axıb getdiyi kimi, o xüsusi lütf anını zay etdin?
Rəsulullah (s.ə.s.) belə buyurur:

“Hər gecə, Rəbbimiz gecənin son üçtə birində, dünya səmasına nəzər edər və:
«Kim Mənə dua edir, ona razılıq edim, kim Məndən bir şey istəyir, onu verim, kim Məndən bağışlanmaq istəyir, onu bağışlayım». buyurur.

(Buxari, Töhid 35, Təhəccüd 14, Dəavat 13; Müslim, Müsafırin, 166)

3. Təhəccüd vaxtının feyzini bütün gününə əks etdirə bildinmi? Bu gün həyatın nə qədər zikrullahla keçdi? Rəbbini nə qədər xatırladın?
4. Hansı namazlarını camaatla qıldın? Namazlarında təkbirləri, qiyamları, qiraətləri, rükü və səcdələri Haqqın istədiyi kimi, yəni huşu içində, ruh və bədən ahəngi ilə yerinə yetirə bildinmi?
5. Bu gün, səni pəncəsinə keçirmiş hər cür yalnış hərəkətlərə qarşı iradəni göstərə bildinmi? Allah Təala bildirdiyi halda, səndə olan yalnış hal və hərəkətlərdən vicdanən bir narahatlıq duydunmu? Bunlara görə peşmançılıq göz yaşları tökdünmü?
6. Bu gün dilini, boş və mənasız söhbətlərdən, yalan və qeybətdən, münaqişə və bir qəlb qırmaqdan mühafizə edə bildinmi?
7. Bu gün, sənin üçün yaradılan bu kainatdakı büllur bir ahəng təşkil edən uldızları, səmanın sonsuzluğunu, yer üzünə həyat verən günəş və ayı, sərmayəsi eyni torpaq olan bitkilərin rəngarəng yarpaq və çiçəklərini, rəng, iy, ləzzət və şəkilcə sonsuzluq ərz edən meyvələrini, ancaq bir-iki həfəlik ömrü olduğu halda kəpənəyin qanadlarındakı möhtəşəm naxışları, insanın yaradılışındakı ibrətli məqamları təfəkkür edib ilahi təcəlli və qüdrəti könül gözü ilə seyr edə bildinmi?
8. Bu gün, Yaradandan ötrü yaradılanlara şəfqət, mərhəmət və məhəbbət nəzəri ilə baxa bildin mi?
9. Bu gün Allahın sənə ehsan etdiyi nemətləri kimlərlə və nə qədər paylaşa bildin?
10. Bu gün bir mömini sevindirməyin həzzini dada bildinmi? Bir dərdlini təsəlli edib ona təbəssüm etdirə bildinmi? Bir könül qazana bildinmi?
11. Bu gün bir yetimin başını oxşadınmı?
12. Bu gün xəstə ziyarətində və cənazə mərasimində oldunmu?
13. Bu gün qonşularınla və yaxınlığındakı möhtaclarla maraqlandınmı? Ac yatan qonşunun, soyuqda titrəyən yoxsulların iztirabı ürəyini sızlatdımı?
14. Yer üzünün harasında olursa olsun, məzlumların dərdi ilə dərtləndinmi? Bu gün məzlumların yanında olub, onların acısını paylaşdınmı? Qəlbin onlarla birlikdə titrədimi, gözün onların dərdi ilə yaşardımı, onların iztirabı ürəyində sancıya səbəb oldumu?
15. Bu gün acların doyması, xəstələrin şəfa tapması, borc altında əzilənlərin rahatlığa çıxması üçün əlindən gələni edib, dua etdinmi?
16. Bu gün qul haqqına, hətta heyvan haqqına diqqət etdinmi? Qapında ac qalan pişik və köpəkdən məsul olduğunu heç düşündünmü?
17. Bu gün hidayətə möhtac insanlara dilinlə, halınla və qəlbinlə nə qədər yardım edə bildin? Onlara halınla da “müsəlmanlığı” sərgiləyə bildinmi?
18. Bu gün ananın, atanın, qohumlarının halını, xətrini soruşub könüllərini şad etdinmi? Əgər onlar axirətə köçüblərsə, ruhları üçün bir Fatihə oxuyub onları xeyirlə yad etdinmi? Onların köhnə dostlarına qarşı nə qədər vəfalı davrandın?
19. Bu gün, tanıdığın tanımadığın hər kəsə Allah üçün salam verdinmi? Təbəssümü sədəqə bilib insanları gülərüzlə qarşılaya bildinmi?
20. Bu gün heç dost qazana bildinmi? Neçə dostunla dostluğunu yenilədin?
21. Bu gün yoldan, insanlara əziyyət verəcək bir şeyi qaldırdınmı?
22. Bu gün ailə yuvanı könül gözü ilə seyr edib oranın cənnət bağçası olduğu idrakı ilə ətraf mühitin mənfî təsirlərindən özünü qoruya bildinmi?
23. Allahın sənə əmanət olaraq ehsan etdiyi övladlarına, bu gün tərbiyə və ədəb olaraq nə öyrətdin? Allah və Rəsulunun eşqini, ənbiya və evliyanın sevgisini qəlblərinə aşılaya bildinmi? Onların qiyamət günü, sənin üçün ya üz ağı və ya üz qarası olacağını heç düşündünmü?
24. Əgər evin xanımısansa, yoldaşını gülərüzlə və məhəbbətlə yola salıb, halal ruzi gətirməsi üçün dua etdinmi? Axşam yenə onu təbəssüm və şirin dillə qarşılayıb yorğunluğunu aradan qaldırmağa, pak, təmiz və örnək bir ailə olmağa çalışdınmı?
25. Əgər evinin bəyisənsə, xanımına və övladlarına qarşı nə qədər müşfiq və mərhəmətli davrandın? Sənin onlara qoya biləcəyin ən böyük mirasın axirət mirası olduğunu düşünüb onlara qazandıra biləcəyin dünya və axirət səadəti üçün, yəni onların ruhani və mənəvi tərəqqiləri üçün nə qədər səy göstərə bildin?
26. “Tarix hafize-yi millətdir”. Yetişdirdiyin balalar, vətənin istiqbalının bir təzahürüdür. Onlara dininin, imanının, vətəninin bir əmanət olduğu şüurunu verə bildinmi? Bu cənnət vətəni bizlərə hədiyyə edən əcdadını və bu yolda canlarını fəda edən şəhidlərini, onların iman həyəcanlarını xatırlada bildinmi? Allahın ən böyük neməti olan Quranın, səmalarımızda yayılan azanların və hür bir şəkildə dalğalanan bayrağımızın ən böyük şərəf və şərəfimiz olduğunu idrak etdirə bildinmi?
27. Bu gün insanların bir çoxu nəfsaniyyət anaforunda yox olarkən , sən ruhaniyyətini qoruya bildinmi? Başda ailə üzvlərin olmaq üzərə məsul olduğun insanları zamanın fitnə və şərlərindən qorumaq üçün hansı tədbiri aldın?
28. Bu gün şəxsi qüsur və zəifliklərindən qurtulmaq üçün bir Haqq dostuna baş çəkdinmi? Yenə bu gün bir Allah dostuyla və ya saleh insanlarla bərabər olmağa səy göstərdinmi? Sənə -nəfsinin xoşuna gəlməsə belə- Haqq rızası üçün daima doğruları söyləyəcək saleh və sadiq bir dost qazana bildinmi?
29. Bu gün elmini artıran, irfanını inkişaf etdirən hər hansı bir xidmət və ya fəaliyyət içində oldunmu? Rəsulullahın örnək hal və davranışlarına tabe olarkən hikmət axtarışına çıxdınmı? Bu ruhaniyyət və gözəllikləri yaşamaq üçün səy göstərdinmi?
30. Bu gün qazancının, yediyinin, içdiyinin, geydiyinin halalmı, şübhəlimi, harammı olduğuna diqqət etdinmi? Haramlardan çəkinmə duyğusu hər davranışında səninlə bərabər oldumu?
31. Bu gün sənə pislik edən, sərt və kobud davranan bir insanı əfv edib ona yaxşılıq etdinmi?
32. Bu gün sənə Allahın ən böyük neməti olan Qurani Kərimdən neçə səhifə oxudun? Orada sənə verilən mesajları təfəkkür edərək onlara əməl etdinmi?
33. Bu gün vəfat edə biləcəyini, kəfənlənib qəbrə qoyula biləcəyini, bütün ailə üzvlərinin və tanışlarının səni məzara təslim edib geri dönəcəklərini, məzarda ancaq îman və əməlinlə baş-başa qala biləcəyini heç düşündünmü? Bu həyat kitabında qafilanə və boş keçən anların üçün nə qədər ah, vah çəkəcəyini ağlına gətirdinmi? İbadətlərini və davranışlarını bu düşüncələrlə istiqamətləndirib tövbə etdinmi?
34. Bu gün həyat dəftərini necə açdın, necə bağladın? Kiramən Katibin mələkləri oraya nələr yazdı? Böyük hesabat günündə bu günkü səhifənin hesabını verə biləcəksənmi?
35. Xülasə, bu gün, daimi bir həyat kasedinin doldurulmaqda olduğunu, hər hal və hərəkətinin ilahi bir kamera ilə izləndiyini heç düşündünmü? Keçirdiyin son iyirmi dörd saatın hesabatını edib nəfsinlə hesablaşdınmı?

Fatimə Zəhra

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QURANİ-KƏRİMDƏ ATA-OĞUL MODELİ

Qurani-Kərimdə zikr edilən ata və oğul qissələrindən biri Hz. Nuh və üsyankar oğlu Kənan qissəsidir. Hz. Nuh tufan gününə qədər...

Bağla