Çinli alimlər planetin quraqlığa meyilli regionlarının adlarını açıqlayıblar. Təyin olunmuş limitlərin aşılması nəticəsində Yer kürəsinin bütün ərazilərdə suyun əldə olunması çətinləşəcək.
Qlobal temperaturun suyun əldə edilməsinə təsirini öyrənmək üçün araşdırmaçılar normal iqlim şəraitində suyun dövr etməsi üçün hazırlanmış nəzəri modeldən istifadə ediblər.
Alimlər 2015-ci ildə imzalanmış Paris sazişi çərçivəsində müxtəlif ssenarilər zamanı silkonda nələrin baş verəcəyini müəyyən ediblər. Həmin sazişdə iqlimdə fəlakətli dəyişikliyin qarşısını almaq üçün qlobal orta temperaturun artımının 1,5 dərəcəyə kimi azaldılması nəzərdə tutulub.
Təyin olunmuş limitlərin aşılması nəticəsində şirin su ehtiyatları Şərqi və Cənubi Asiyada, Şərqi və Qərbi Afrikada, eləcə də, Mərkəzi Afrikada nəzərəçarpacaq dərəcədə azalacaq.
Fəlakətli quraqlıqdan ümumilikdə dünya üzrə 117 milyondan çox insan zərər görəcək.