ASTANADA DÜNYA VƏ ƏNƏNƏVİ DİNİ LİDERLƏRİN VI QURULTAYI BAŞA ÇATIB

0

Astanada “Dini liderlər təhlükəsiz dünya uğrunda” mövzusunda keçirilən dünya və ənənəvi dini liderlərin VI qurultayı başa çatıb. AZƏRTAC xəbər verir ki, qurultay çərçivəsində keçirilən plenar iclaslarda “Manifest” Sülh.

XXI əsr: qlobal təhlükəsizliyin konsepsiyası”, “Geosiyasətdə dəyişən dinlər: bəşəriyyətin birləşməsi üçün yeni imkanlar”, “Din və qloballaşma: çağırışlar və cavablar”, “Dini liderlər və siyasətçilər: ekstremizmin və terrorizmin aradan qaldırılması” mövzularında müzakirələr aparılıb. Dini liderlərin, beynəlxalq təşkilatların rəhbərlərinin, görkəmli siyasi, ictimai xadimlərin, elm adamlarının iştirak etdikləri qurultayda Azərbaycanı Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şurasının həmsədri və MDB Müsəlmanları Məşvərət Şurasının sədri şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Əvvəlcə müxtəlif dinlərin nümayəndələri Astanada “Sülh divarı” yanında birgə dua ediblər. İclaslarda, həmçinin geosiyasətdə dini amil, din və siyasət: qarşılıqlı və davamlı əməkdaşlıq, dəyişən geosiyasətdə müasir dini liderlərin rolu kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qurultayda Dini Liderlərin Konfessiyalar və Sivilizasiyalar Dialoquna dair Nazarbayev Mərkəzinin yaradılması qərara alınıb. Mərkəzin yaradılmasında məqsəd dini liderlərin əməkdaşlığını daha da fəallaşdırmaqdır. Sonda dünya və ənənəvi dini liderlərin VI qurultayının qətnaməsi qəbul edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KAİNAT KİTABI

Uzun illər əvvəl əlimə ulduzlardan, güllərdən, təbiətdən bəhs edən  köhnə bir  kitab keçmişdi. Üst və alt qabığı cırılmış, kiril əlifbası...

Bağla