elə qorxunc görüntülü əcaib mərasimləri cəhalət saymayanlar uşaqlarımızı öz dinimizdən, namazdan, məsciddən, Aşuradan çəkindirirlər…
Səudiyyə Ərəbistanı paytaxtında qonşuluqdakı bir malikanədən gələn səs-küydən şikayət edən sakinlərin çağırışına gedən polis məmurları heyrətə gəlib.
“The National” nəşrinə istinadən verilən xəbərdən bəlli olir ki, şənbə günü gurultulu musiqi və vəhşi bağırtılar gələn evdə meyit sifətinə bənzər maskalar geyinmiş və ağ-qara libaslara bürünmüş qadınlar aşkarlanıb. Onlar “Halloween”(“Helloin”) adlanan qondarma bayram münasibəti ilə şənlik keçirirmiş. Polis basqını vaxtında baş verib – bayramın qızğın çağında zombi makiyajlı qadınlar həbs olunub.
Xatırladaq ki, ABŞ, Kanada, Britaniya, İrlandiya və bir sıra digər Qərb ölkələrində keçirilən bu əcaib bayram okkultizm(gizli cadugərlik elmi) və şər ruhlarla bağlıdır. Belə mərasimlər Allah və İslam qanunlarına ziddir. Ona görə də Səudiyyə hüquq-mühafizə orqanları hər il krallıq sakinlərinin belə anti-bəşəri təsirlərdən uzaq olmasına və “Haellouin” bayramını keçirməmələrinə çalışırlar.