RUSİYA LİBERAL DEMOKRAT PARTİYASININ SƏDRİ VLADİMİR JİRİNOVSKİ İSLAM QAYDALARINA UYĞUN OLARAQ QOYUN KƏSİB.

0

Rusiya liberal demokrat partiyasının sədri vladimir jirinovski islam qaydalarına uyğun olaraq qoyun kəsib. Bu haqda “Pamir TV” xəbər yayıb. Maraqlı olay rusiyalı siyasətçinin Tacikistana səfəri zamanı baş verib. Taciklərin ənənəsinə görə, hörmətli qonağın şərəfinə qoç kəsilərək ona milli xörəklər verilməlidir. Bunu bilən Jirinovski qoyunu özü kəsmək istəyini bildirib. Bu minvalla LDPR lideri kəsilmə zamanı heyvanın ətinin halal olmaq üçün zəruri şərtləri yerinə yetirməklə və ən başlıcası,  “Bismillahir Rəhmani Rəhim” (Rəhman və Rəhim Allahın adı ilə) sözlərini söyləyərək heyvanın başını kəsib. 

Taciklər rusiyalı siyasətçiyə  milli yeməkləri olan kurutobdan da daddırıblar. Daha sonra isə  Rusiya parlamentinin fraksiya rəhbəri, özünün dediyinə görə, həyatında ilk dəfə üzüm yığımında da iştirak edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DÜNYANIN ƏN RƏNGLİ MƏSCİDİ

İranın Şiraz şəhərində yerləşən və “Çəhrayı məscid”olaraq da adlandırılan Nasir al-Mulk məscidi rəngarəng quruluşu ilə görənləri heyrətləndirir.

Bağla