XİN: SABAH TÜRKİYƏDƏ “İSLAM SƏKKİZLİYİ”NİN İCLASI KEÇİRİLƏCƏK

0

Türkiyənin Antalya şəhərində “D-8” (İslam səkkizliyi) qrupunun 18-ci iclası keçiriləcək.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, iclas noyabrın 3-ü baş tutacaq.

İclas zamanı “İslam səkkizliyi” üzv ölkələri arasında münasibətlərin inkişafı və digər məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, “D-8”in 17-ci iclası 2017-ci ilin oktyabrında İstanbulda keçirilmişdi. Qrupa Türkiyə, İran, Pakistan, Banqladeş, Misir, Nigeriya, İndoneziya və Malayziya daxildir.

Trend.az

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DƏYƏRLƏRİMİZİ İTİRMƏYƏK!‎

Əxlaq dəyərlərinin günü-gündən uçuruma doğru yuvarlanması cəmiyyətimizdə ciddi problemlərə səbəb olur. Əxlaqsızlığın gətirdiyi mənəvi pozğunluq insanlığı yox etmə həddinə gələrək...

Bağla