AİLƏDƏ ƏXLAQ

0

Su, atəş və əxlaq dostluq qururlar. Bir gün onlar meşədə gəzməyə çıxırlar. Lakin bir müddət sonra meşə çox böyük və vahiməli olduğu üçün içlərinə bir qorxu düşür.

Hər cür ehtimala qarşı bir-birlərini itirsələr, necə tapacaqlarını düşünməyə başlayırlar.

Atəş və əxlaq sudan soruşur:

– “Əgər səni itirsək necə tapacağıq?”

Su:

– “Harada bir şırıltı eşitsəniz mən oradayam”,- deyir.

Daha sonar su atəşdən soruşur:

 – “Səni itirsək nə edək?”

Atəş:

 – “Duman gördüyünüz yerdə mən varam”,- cavabını verir.

Sıra əxlaqa gəlincə cavabı bu olur:

“- Məni əsla itirməyin, əgər itirsəniz, bir daha heç vaxt tapa bilməzsiniz”,- deyir.

Əxlaq, ərəbcədə “səciyyə, təbiət, xasiyyət” kimi mənaları ifadə edən “hulk” və ya “huluk” sözlərinin çoxluğudur. Başda hədislər olmaqla İslami qaynaqlarda hulk və ya əxlaq terminləri əsas etibarilə yaxşı və pis xasiyyətləri, fəzilətləri ifadə etmək üçün istifadə edilmişdir. Bundan başqa yemə, içmə, söhbət, yolçuluq kimi gündəlik həyatdakı müxtəlif davranışlara bağlı ədəb qaydalarına; tərbiyəli, nəzakətli və təqdirə layiq hərəkətlərə, əxlaq deyilir. Əsası əxlaqdan ibarət olan İslam, ictimai quruluşun nüvəsi olan ailəyə böyük əhəmiyyət verir. Qurani-Kərimin Rum surəsi 21-ci ayəsində ailənin sevgi və hüzur yuvası olduğu vurğulanır. Əxlaq və fəzilətin yayıldığı mükəmməl və dinc bir cəmiyyətin təşəkkülü ancaq “İslami ailə modeli” ilə mümkündür.

Müsəlman bir ailə, dəyərlərini inancından almışdır.

Peyğəmbərimiz (s.ə.s.) bir çox nəsihətində uşaqlarla və onların məsələləri ilə maraqlanmanın və tərbiyələrinə diqqət göstərmənin vacibliyini vurğulamışdır. Peyğəmbərimiz (s.ə.s.) belə buyurmuşdur: “Uşaqlarınızı ən gözəl şəkildə tərbiyə edin” (İbni Macə). Səhih imani dəyərlər insanı gözəl əxlaqi dəyərlərin sahibi edir.

Gözəl əxlaqın və yaxşı xüsusiyyətlərin uşağa aşılanacağı uyğun yaş hansıdır?

Uşağın ilk altı yaşı, qəza və qədərə razılıq, düzgünlük, dürüstlük kimi yaxşı dəyərlərin aşılanacağı ən ideal zamandır.

Əxlaq, anlayış və dəyərlərin davamlı olaraq gücləndirilməsi və gücləndirmək adına edilən təkrarlardan bezməmək lazımdır. Valideynlər də özlərini bu mövzuda bir model olaraq düşünməlidir. Əxlaq, vaaz və nəsihətlə qazandırılacaq bir şey olmaqdan çox, yetişdirmə, davamlı təhsil, tapşırıq, çox səbir, səy və zaman verməklə qazandırılacaq bir şeydir.

Uşaqlarımızı yetişdirib böyütmək demək, onlara kifayət qədər vaxt ayırmaq, gələcəkləri ilə əlaqədar düzgün istiqamət vermək, yolunu kəsməyəcək şəkildə qarşılaşa biləcəkləri bəzi təhlükələrin də var olduğunu ifadə edərək onlara həyatı sevdirməkdir.

Allah-Təala insanoğlunu tolerantlıq, empatiya, mal, qüvvət, yaxşılıq, səbir, comərdlik və cəsarət kimi ortaq dəyərlər üzərində yaratmışdır. Bunların hamısı insanlar arasında ortaqdır və olduqca qiymətlidir. Bu dəyərlərə əhəmiyyət verməyən birini tapmaqsa çox nadir olan bir haldır. Bir ailə dəyərlər baxımından başqa bir ailədən necə daha yaxşı ola bilər? Bu nöqtədə iki əhəmiyyətli xüsus qarşımıza çıxır.

Bunlardan ilki, ailənin, digər ailələrin inanmadığı dəyər və prinsiplərə olan inancıdır. Müsəlman bir ailə Allaha və axirət gününə inanır, özündə Allaha qulluq və itaət məsuliyyəti  daşıyır. Belə bir ailənin yemək, içmək, yoldaşları ilə ünsiyyət, məhrəmiyyət və təmizlik məsələlərinə qədər özünə xas bir yanaşması var və bütün bunlar həyatının gedişatına təsir edir. Bu, bir çox adam və ailə arasındakı əxlaqi dəyərlərə gətirib çıxarır.

Ailənin diqqət edib əhəmiyyət verməsi lazım olan bəzi dəyərlər

Yaxşı niyyət və iç dünyamızı təmizləmək… Yaxşı niyyət, yaxşı niyyəti sevmək, onu əldə etmək üçün səy göstərmək, reallaşdırmağa istəkli olmaqdır. İnsanın xeyir üçün səy göstərməsi, onun yaxşı və nəcib biri olduğunu göstərir. Bu da müsəlman bir ailənin həyatının təməlini təşkil edir.

Müsəlman xeyir üçün çalışır, öz yolunda gedir, imkanlar buna icazə vermədiyində də xeyiri etmək niyyətində olur, Allahın bu yolda köməyini tələb edir və savab qazanır. Peyğəmbər (s.ə.s.) belə buyurmuşdur: “Kim bir yaxşılığa niyyət edər və onu edə bilməzsə, Allah qatında etmiş kimi tam savab qazanar”.

Bir müsəlmanın, ürəyini pis zənn, həsəd və riyadan təmizləməsi lazımdır. Müsəlmanlar olaraq, xoş münasibət, əfv və bağışlama kimi dəyərləri ucaldıb, bunları digər müsəlmanlarla rəftarımızda bir metod halına gətirməliyik. Peyğəmbər (s.ə.s.) belə buyurur: “Bir-birinizə həsəd etməyin. Bir-birinizə kin və nifrət bəsləməyin. Bir-birinizdən küsüb üz çevirməyin” (Müslim).

Könüllü olmaq

Uşaqlara öyrədilməsi lazım olan və bu mövzuya işarə edən bir çox hədisi-şərif vardır. Məsələn:

– Yoldan keçənlərə əziyyət edəcək bir şeyi götürmək.

– Yaxşılığı əmr edib pislikdən çəkindirmək.

– Görüşdüyümüz insanlara gülümsəmək və salam verməkdə önə keçmək.

– Məscidə tez getmək.

– Qohumları ziyarət etmək.

Fəzilət və yüksək şəxsiyyət

Əxlaqlı davranışlar, insanı fəzilətli insanların səviyyəsinə qaldırır. İnsanı yüksək şəxsiyyətli edəcək xüsusiyyətlər çoxdur. Bunlardan bəzilərini zikr edək:

– İnsanın, onu maraqlandırmayan məsələlərdə başqalarının işlərinə qarışmaması.

Rəsulullah (s.ə.s.) buyurur ki: “Onu maraqlandırmayan şeyləri tərk etməsi, insanın  müslümanlığının gözəlliyindəndir” (Buxari və Müslim).

-Az zarafat etmək, insanları qeyri-ciddi yanaşmada həddi aşmamaq.

-Bədənin təmizliyi, gözəl  qoxulu və yaxşı görünüşlü olmaq.

-Yemək yeyərkən israf etməmək.

– Yeməyi qarşısından yemək kimi, yemək yemə ədəblərinə diqqət etmək və s.

Doğru Sözlü Olmaq

Düzgünlük, əxlaqi dəyərlərin ən əhəmiyyətlisidir. Güclü və qüvvətli olmanın təməlidir. Peyğəmbər (s.ə.s.) belə buyurmuşdur: “Doğruluqdan ayrılmayın. Düzgünlük sizi birrə (gözəl əxlaq), o da sizi Cənnətə aparar. İnsan doğru olar və daim doğrunu araşdırarsa, Allah qatında siddiqlərdən yazılar. Yalandan çəkinin. Yalan insanı günaha, o da Cəhənnəmə aparar. İnsan dayanmadan yalan söyləyər və yalan araşdırarsa, Allah qatında yalançılardan yazılar”.

Ailənin bütün danışıqlarında hər zaman doğru sözlü olmalıdır ki, kiçiklər doğruluğun fəzilətli bir şey və yalanın da çirkin bir şey olduğunu öyrənsinlər.

Ailə içindəki sistem, televiziya izləmə, təhsil, yuxu və oyanma, yemək saatları kimi məsələlər ana-atanın müəyyən bir nizamda razılaşmaları ilə qurulmalıdır. Bu sistem bütün ailə fərdləri üçün məcburi olmalıdır. Dağılmış ailələrə baxdığımızda ana-ataların ailə içindəki nizam mövzusunda diqqətsiz davrandıqlarını görərik. Bununla bərabər bu nizamsızlıq, ailənin toplu hərəkət etmə ruhunu itirməsinə və xaos mühitinin meydana gəlməsinə də səbəb olur.

Danışarkən istifadə etdiyimiz dilin səviyyəsini yüksəltmək, dilimizi söyüşdən, lənətdən təmizləmək, uşaqlara onların sevdiyi adlarla xitab edib pis bənzətmələrdən uzaq durmaq, qeybət, söz gəzdirmək, insanları pis və narahatedici sözlərlə narahat etməkdən qaçınmaq da əhəmiyyətli əxlaqi dəyərlərdəndir.

Uşaqlar, dili uzun zaman ərzində öyrənirlər. Ailələri bu mərhələdə onların səhvlərini düzəltməli, səbirli olmalı və bezginlik göstərməməlidir.

Yuxarıda zikr etdiklərimiz, ailələrin, daha kiçikliklərindən etibarən uşaqlarına qazandırması lazım olan bəzi dəyərlərdir. Nə xoşbəxtdir,  “Mən əxlaq gözəlliklərini tamamlamaq üçün göndərildim” və “Məni Rəbbim tərbiyə etdi və nə gözəl tərbiyə etdi”,- deyən, qadının və uşağın haqqını verərək nümunəvi bir ailə rəisi olan və biz möminlər üçün “ən gözəl nümunə” Hz. Muhammədə (s.ə.s.) tabe olanlar… Nə xoşbəxtdir necə şəxsiyyətli insanlar yetişdirən hz. İbrahim tək ailələr qurmuş olan möminlər…

Elif Güldar

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
XİN: SABAH TÜRKİYƏDƏ “İSLAM SƏKKİZLİYİ”NİN İCLASI KEÇİRİLƏCƏK

Türkiyənin Antalya şəhərində “D-8” (İslam səkkizliyi) qrupunun 18-ci iclası keçiriləcək. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat veriblər. Məlumata görə,...

Bağla