İngiltərənin paytaxtı Londonda islamafobiya, antisemitizm və irqçiliyə qarşı çıxan 30 min nəfər aksiya keçirib.
Bildirilir ki, İrqçiliyə Qarşı Ayaxa Qalx vətəndaş cəmiyyəti tərəfindən təşkil edilən aksiyada etirazçılar Baş nazir Tereza Meyin ofisinin qarşısına yürüyüblər.
Etirazçılar Tereza Meyin keçirdiyi islahatlarla son illərdə irqçilərə cəsarət verdiyini və hökumət irqçi siyasətə qarşı daha kəskin addım atmalarının vacibliyini bildiriblər.
Müsəlmanlara qarşı kin və fobiyanı qınayan aksiyaçılar “İslamabiyaya yox”, “Müsəlmanların yanındayıq” kimi şüarlar səsləndiriblər.