Təəssüf ki, ölkədə hicab sürətlə öz əhəmiyyətini itirməkdədir. Vəziyyət belə olduqda hicabın gündən-günə zəifləyib öz əhəmiyyətini itirməsi daha sürətli templə davam edəcək.
Bildirlir ki, bu sözləri İran Mədəni İnqilab Şurası rəisinin qadınlar üzrə müavini Firiştə Ruhəfza Tehranda keçirilən “İslam inqilabından sonra iranlı qadınların geyimi” adlı toplantıda deyib.
“Əgər biz hicabla bağlı düzgün siyasət yürütsəydik, bu gün cəmiyyətdə hicabsızlığın sürətlə baş alıb getməsi faktı ilə üz-üzə qalmazdıq. Hicabın öz əhəmiyyətini itirməsinin səbəblərinə gəlincə, hesab edirəm ki, bu, qadınların ali təhsilə yiyələnməsi, cəmiyyətdə öz yerini tapıb hansısa bir işlə məşğul olması, iqtisadi baxımdan öz ayaqlarının üstündə durması və bir sıra ictimai məsələlərlə əlaqədardır.
Biz son 40 ildə hicab məsələsini siyasiləşdirməklə nəinki gənclərimizi hicaba inandıra bildik, hətta hicaba ideoloji don geyindirərək, insanların dini təlimlərdən bezib uzaqlaşmasına səbəb olduq”, – Ruhəfza bildirib.