Azərbaycanda dini sferada münasibətlərin tənzimlənməsi ilə bağlı yeni qanun layihəsi hazırlanıb.
Bildirir ki, yeni qanun layihəsinin “Dini etiqad azadlığı və dini qurumlar haqqında” adı ilə yaxın zamanlarda ilk oxunuşda Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə iclasında müzakirəyə çıxarılması gözlənilir.
Yeni qanun layihəsi hazırda qüvvədə olan, 1992-ci ildə qəbul edilən “Dini etiqad azadlığı haqqında” qanunu əvəz edəcək. Yeni qanun layihəsinin MM-in 2019-cu il yaz sessiyasında plenar müzakirəyə çıxarılması nəzərdə tutulur.