TƏBRİZLİLƏRƏ PEYK ANTENALARI YIĞIŞDIRMAQLA BAĞLI XƏBƏRDARLIQ EDİLİB

0

Təbriz Şəhər Polis İdarəsi bildiriş vərəqələri yayaraq, əhaliyə peyk antenalarını yığışdırmaqla bağlı xəbərdarlıq edib.

Bilirilir ki, “Polis xəbərdarlığı” adı ilə hazırlanan bildiriş vərəqələri şəhərin müxtəlif məntəqələrində yayılıb, hətta evlərə də paylanılıb.

Bildirişlərdə peyk antenalarından istifadənin qadağan edildiyi, buna görə vətəndaşların məsuliyyətə cəlb oluna biləcəyi vurğulanıb. Polis təbrizlilərə peyk antenalarını yığışdırmaq üçün 72 saat vaxt verib.

Şərqi Azərbaycan Teleradio Şirkətinin rəisi Möhsün Lətifinin elan etdiyi son rəsmi məlumata görə, Təbrizdə əhalinin 44 faizdən çoxu peyk antenalarından istifadə edir, onlardan ən azı 75 faizi Azərbaycan Respublikası və Türkiyə kanallarını izləyir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANDA DİNİ MÜNASİBƏTLƏRİN TƏNZİMLƏNMƏSİ İLƏ BAĞLI YENİ QANUN HAZIRLANIB

Azərbaycanda dini sferada münasibətlərin tənzimlənməsi ilə bağlı yeni qanun layihəsi hazırlanıb.

Bağla