MASALLIDA “NARKOMANİYA, ERKƏN NİKAH VƏ DİNİ RADİKALİZMLƏ MÜBARİZƏDƏ TƏHSİLİN ROLU” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİB

0

Dekabrın 10-da Masallı rayonu Qəriblər kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Masallı Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə “Narkomaniya, erkən nikah və dini radikalizmlə mübarizədə təhsilin rolu” mövzusunda tədbir keçirilib.

Maarifləndirmə tədbirində DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Masallı Rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov, Qəriblər kənd tam orta məktəbinin direktoru Şərafət Əliyev, müəllim və şagirdlər iştirak ediblər.

Tədbiri Qəriblər kənd tam orta məktəbinin direktoru Şərafət Əliyev açaraq  cəmiyyətdə zərərli vərdişlərin və radikalizmin törətdiyi fəsadlardan danışıb.

DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov mövzu ilə bağlı çıxışında narkomaniya, erkən nikah və dini radikalizmin fəsadlarından söhbət açaraq bildirib ki, təhsil müəssisələrində gənclərin maarifləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Qeyd edib ki, indiki gəncliyimizi həm milli-mənəvi, həm də dini dəyərləri əldə rəhbər tutaraq tərbiyə etmək  lazımdır.

Masallı Rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov çıxışında zərərli vərdişlərə qarşı mübarizə sahəsində aparılan profilaktik tədbirlərdən danışıb. Bildirib ki, görülən tədbirlər nəticəsində erkən nikah narkomaniya və digər zərərli vərdişlərə düçar olanların statistikasında xeyli sayda azalma hiss olunur.

Digər çıxış edənlər mövzu ilə bağlı fikirlərini bölüşüblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KÜRDƏMİRDƏ “DİNİ MAARİFLƏNDİRMƏ İŞİNİN TƏŞKİLİ: GERÇƏKLİKLƏR VƏ PERSPEKTİVLƏR” MÖVZUSUNDA İKİGÜNLÜK SEMİNAR-TRENİNQ ÖZ İŞİNƏ BAŞLAYIB

Dekabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “Dini maarifləndirmə...

Bağla