DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNƏ YENİ ŞÖBƏ MÜDİRİ TƏYİN EDİLİB

0

Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni təyinat olub.

Bildirilir ki, Dövlət Komitəsindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Cahandar Əlifzadə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsininin müdiri vəzifəsinə təyin edilib.

Bununla bağlı komitə sədri Mübariz Qurbanlı müvafiq əmr imzalayıb.

Xatırladaq ki, C.Əlifzadə bundan əvvəl Dövlət Komitəsində Dinşünaslıq ekspertizası şöbəsi müdirinin müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, şöbənin əvvəlki müdiri Əliheydər Zülfüqarov Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsində böyük məsləhətçi vəzifəsinə təyinat alıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MERKEL: İMAMLIQ TƏHSİLİNƏ EHTİYACIMIZ VAR

Ölkəsindəki müsəlmanlara öz İslamını yeritmək istəyən Almaniya dövləti asılılığın olmaması üçün imam yetişdirmək istəyir.

Bağla